Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidməti məlumat yayıb.

AKF-nin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda yeniyetmələr, gənclər, 21 yaşadək karateçilər, böyüklər və parakarateçilər iştirak ediblər.

Turnir Vətən Müharibəsi şəhidləri – Səfərov Cəsarət və Səfərov Şahmarın əziz xatirəsinə həsr olunub.

Turnir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə AKF-nin prezidenti Ülvi Quliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və şəhidlərin valideynləri çıxış ediblər.

AKF prezidenti Ülvi Quliyev çıxışında yarışın yalnız idman mübarizəsi olmadığını bildirib:

“Bu yarış yalnız idman mübarizəsi deyil, eyni zamanda şəhidlərimizin ruhuna ehtiramın və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin təcəssümüdür".

İcra başçısı Adil Əliyev turnirin dövlətin milli dəyərlərə verdiyi önəmin göstəricisi olduğunu vurğulayıb:

“Şəhidlərimizin xatirəsinin belə tədbirlərlə əbədiləşdirilməsi dövlətimizin milli dəyərlərə verdiyi önəmin göstəricisidir. Bu yarış həm də gənclərimizin mənəvi inkişafına mühüm töhfədir”.

Tədbirdə çıxış edən şəhid valideynləri övladlarının adlarının idman meydanlarında yaşadılmasından duyduqları qüruru və minnətdarlıqlarını ifadə ediblər.

Turnirdə ölkənin müxtəlif bölgələrindən 35 klubun 350-dən çox karateçisi iştirak edib. Yarış yeniyetmələr, gənclər, U-21, böyüklər və parakarate kateqoriyaları üzrə təşkil olunub və Azərbaycan çempionatı və respublika birinciliyi üçün lisenziya xarakteri daşıyıb.

AKF tərəfindən tətbiq olunan xüsusi reytinq sistemi çərçivəsində üç ardıcıl reytinq turnirində ən yüksək bal toplamış idmançılar respublika birinciliyi və Azərbaycan çempionatında iştirak hüququ – lisenziya əldə edəcəklər. Bu mexanizm milliyə obyektiv və şəffaf seçim prosesini təmin edir.

Turnirin idarə olunmasına 30-a yaxın peşəkar hakim cəlb edilib. Yarış beynəlxalq standartlara uyğun şəkildə, texniki və təşkilati baxımdan yüksək səviyyədə keçirilib. Təhlükəsizlik tədbirləri və idmançıların rifahı tam təmin olunub.

Qeyd edək ki, karatenin inkişafına xüsusi töhfə vermiş və dəstək göstərmiş bir sıra şəxslərə AKF tərəfindən fəxri diplomlar və təşəkkürnamələr təqdim olunub. Tədbirdə idman ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fərdi
Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Fərdi
Mahir Məmmədov:  "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Mahir Məmmədov: "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Fərdi
Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Fərdi
Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Fərdi
Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Fərdi
Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Fərdi
Azərbaycanlı məşqçi: “Məqsədimiz 2023-cü ildə medalların sayını artırmaqdır”

Azərbaycanlı məşqçi: “Məqsədimiz 2023-cü ildə medalların sayını artırmaqdır”

Fərdi
Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Fərdi
Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Fərdi
Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Fərdi
Belçikalı velosipedçi dünya çempionu olub

Belçikalı velosipedçi dünya çempionu olub

Fərdi
"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb

"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb