Millimizin üzvü “İmişli”də
“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, bölgə təmsilçisi “Zirə”nin müdafiəçisi Əkbər Eyubovu mövsümün sonunadək icarə əsasında heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Mingəçevir”də keçirib. O, eyni zamanda Azərbaycanın U-21 millisinin də üzvüdür.

https://qelebe.az//uploads/photo/millimizin-uzvu-imishlide.webp