Azərbaycanın boks millisi “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin qalibi olublar

Azərbaycanın boks millisi “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin qalibi olublar

Azərbaycanın boks millisi Bakıda keçirilən yeniyetmələr arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin qalibi olub.

"Report" xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışda 8 ölkənin 216 idmançısı qüvvəsini sınayıb.

Altı gün davam edən yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Bu gün baş tutan final döyüşlərini Azərbaycan Boks Federasiyasının rəsmiləri, Olimpiya və dünya çempionatının mükafatçıları, müxtəlif federasiyaların rəsmiləri izləyiblər.

Onlar mükafatlandırma mərasimində də iştirak ediblər.

Azərbaycan millisi turniri 35 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət komandanın heyətində Əli Ruşanov (44 kq), Əli Əliyev (48 kq), Şahin Aslanov (60 kq) və Səftər Məmmədzadə (80 kq+) çempion tituluna yiyələniblər. Yalnız finalda uduzan Həsən Sərhədli (44 kq) ilə İbrahim Bədəlli (54 kq) ikinci yerlə kifayətləniblər.

Digər boksçulardan Həsrət Məmmədov, Abdulrahim Məmmədov (hər ikisi 44 kq), Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Əli Camalzadə (52 kq), Sadiq Musayev (54 kq), Yusif Həsənli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Nicat İmanov və Hüseyn Vahabov (hər ikisi 75 kq) bürünc mükafat qazanıblar.

Fərdi
Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Fərdi
ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb

Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb

Fərdi
Cüdo yığmasının baş məşqçisi: "Qələbəni şəhidlərimizə həsr edirik"

Cüdo yığmasının baş məşqçisi: "Qələbəni şəhidlərimizə həsr edirik"

Fərdi
Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Fərdi
FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

Fərdi
Dünya çemmpionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Dünya çemmpionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Fərdi
Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb

Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb

Fərdi
Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"

Fərdi
Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb