Sara mövsümü erkən başa vurdu

Sara mövsümü erkən başa vurdu

"Qalatasaray"ın heyətində ciddi itki baş verib.

QELEBE.AZ xəbər verir ki, yarımmüdafiəçi Qabriel Sara sıradan çıxıb.

Braziliyalı futbolçu sol ayağından zədə alıb. 26 yaşlı yarımmüdafiəçi mövsümün qalan iki oyununda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Sara bu mövsüm "Qalatasaray"ın heyətində 41 matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.