Böyük Dəbilqə: 2 cüdoçumuz tatamiyə çıxacaq
Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan “Böyük Dəbilqə” turnirində 2 cüdoçumuz bu gün tatamiyə çıxacaq.
Apasport.az xəbər verir ki, 1/8 final mərhələsində Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə qarşılaşacaq.
70 kq-da mübarizə aparan Südabə Ağayeva isə ilk görüşündə Almaniya təmsilçisi Miriam Butkereyt ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.

https://qelebe.az//uploads/photo/boyuk-debilqe-2-cudochumuz-tatamiye-chixacaq.webp