28 güləşçimiz Avropa çempionatında iştirak edəcək

28 güləşçimiz Avropa çempionatında iştirak edəcək

Mayın 11-dən 17-dək Bolqarıstanın Samakov şəhərində güləş üzrə U17 Avropa çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, qitə birinciliyində açılışı yunan-Roma güləşi üzrə millinin üzvləri edəcək.

Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında Əli Cavadlı (45 kq), Ömər Salmanov (48 kq), Hüseyn Mustafazadə (51 kq), Qurban Məcnunov (55 kq), Elmir Çərkəzov (60 kq), Orxan Həbibli (65 kq), Əli Məmmədov (71 kq), Zəka Yusubov (80 kq), Zöhrab Səfərov (92 kq) və Məhəmməd Mustafayev (110 kq) mübarizəyə start verəcək.

Daha sonra estafet qadın güləşinə keçəcək. Böyük məşqçi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Gülxanım Şirinova (40 kq), Nuray Cəfərli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova (53 kq), Məryəm Əmrəli (57 kq), Fidan Babayeva (61 kq), Nuray Həsənli (65 kq) və Simurə Abdullayeva (69 kq) çıxış edəcək.

Yarışın sonlarında böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Vahid Məmmədov (60 kq), Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq) və Hakim Tağıyev (110 kq) uğur qazanmağa çalışacaq.

“Samokov Arena”da keçiriləcək yarışda gündüz seansının görüşləri Bakı vaxtı ilə 11:30-da, axşam seansının qarşılaşmaları isə 19:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında ədaləti I dərəcəli hakimlər Həbib Nurulu, Zaur Şərifov və Eldar Bayramov qoruyacaq.