Arif Əsədov: "Avrokuboklara son iki vəsiqənin sahibi “Araz-Naxçıvan” və “Turan Tovuz” olacaq"

Arif Əsədov: "Avrokuboklara son iki vəsiqənin sahibi “Araz-Naxçıvan” və “Turan Tovuz” olacaq"

Avrokuboklara son iki vəsiqənin sahibi “Araz-Naxçıvan” və “Turan Tovuz” olacaq.

Bunu “Report”a açıqlamasında millinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis Misli Premyer Liqasının turnir cədvəlindəki sıralamanın böyük ehtimalla dəyişməyəcəyini düşünür:

"Son iki vəsiqəni qazanmağa əsas namizədlər “Araz-Naxçıvan” və “Turan Tovuz” klublarıdır. Düşünürəm ki, “Araz-Naxçıvan” böyük ölçüdə son 2 oyundan 1 xal qazanmaqla 3-cü yeri təmin edəcək. “Sabah” “Turan Tovuz”a çata bilər. Tovuz komandası da qalan oynularda 1 xal qazanmalıdır. Bundan başqa, “Sabah” kubokun finalında qalib gələrsə, “Zirə” və “Araz-Naxçıvan” ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək. Belədə “Turan Tovuz” kənarda qala bilər. Amma düşünürəm ki, Premyer Liqada hazırkı “4-lük”dəki sıralama dəyişməyəcək”.

A.Əsədov Azərbaycan Kubokunun finalında sürpriz nəticə ola biləcəyini istisna etmir:

“Həm heyət, həm təcrübə baxımından, təbii ki, “Qarabağ” daha şanslıdır. Son dönəmlədə komanda finala çıxanda məğlub olmur. Amma cari mövsümün uğursuz olmaması üçün “Sabah”ın kubok qazanması vacibdir. Komanda ilə yanaşı, yeni baş məşqçi Vasili Berezutski də özünü doğrultmalıdır. Bu mənada sürpriz nəticə görə bilərik. Oyunun gedişatından çox şey asılı olacaq”.

Qeyd edək ki, Premyer Liqada “Qarabağ” çempionluğu (83 xal), “Zirə” (70 xal) isə ikinci yeri təmin edib. Hazırda “Araz-Naxçıvan” 55 xalla üçüncü, “Turan Tovuz” isə 49 xalla dördüncü pillədə qərarlaşıb.

“Qarabağ” və “Sabah” arasında baş tutacaq Azərbaycan Kubokunun final matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Futbol
Futbol agenti: "Həmin səhvi Şahruddinin xarakteri ilə əlaqələndirərdim"

Futbol agenti: "Həmin səhvi Şahruddinin xarakteri ilə əlaqələndirərdim"

Futbol
FİFA Mahir Emrelini diskvalifikasiya edib

FİFA Mahir Emrelini diskvalifikasiya edib

Futbol
Konfrans Liqası: "Başakşehir" Şotlandiya klubunu darmadağın edib

Konfrans Liqası: "Başakşehir" Şotlandiya klubunu darmadağın edib

Futbol
İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

Futbol
Məhəmməd Adıyev: “Azərbaycana məğlubiyyət mənim üçün ağırdır"

Məhəmməd Adıyev: “Azərbaycana məğlubiyyət mənim üçün ağırdır"

Futbol
"Qəbələ" UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb

"Qəbələ" UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün səyahət çox çətindir"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün səyahət çox çətindir"

Futbol
Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Futbol
"Real Madrid"in aparıcı futbolçusu millinin düşərgəsində zədələnib

"Real Madrid"in aparıcı futbolçusu millinin düşərgəsində zədələnib

Futbol
Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb

Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb

Futbol
Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşib

Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşib

Futbol
Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb