İngiltərə Premyer Liqası: bu gün “Liverpul” 20-ci çempionluğunu elan edə bilər

İngiltərə Premyer Liqası: bu gün “Liverpul” 20-ci çempionluğunu elan edə bilər

Bu gün İngiltərə Premyer Liqasının 34-cü turunda “Liverpul” “Tottenhem”i qəbul edəcək. “Qırmızılar”a çempionluqlarını elan etmək üçün cəmi bir xal yetərlidir.

“Report” xəbər verir ki, “Enfild”də baş tutacaq matçı baş hakim Tomas Bremell idarə edəcək.

“Liverpul” hazırda 19 liqa tituluna sahibdir, sonuncusu 2019/2020 mövsümündə Yürgen Kloppun başçılığı altında olub. Bugünkü oyunda qələbə və ya heç-heçə ilə Mersisayd təmsilçisi nəinki çempion olacaq, həm də bu göstəricidə əzəli rəqibi “Mançester Yunayted”lə bərabərləşəcək. “Qırmızı şeytanlar” sonuncu – 20-ci titulu Aleks Ferqüsonun dövründə – 2012/2013 mövsümündə qazanıb.

“Liverpul” – “Mançester Yunayted” qarşıdurması İngiltərə futbolunun ən vacib rəqabətlərindən biridir. Son illərdə “Liverpul” kuboklar baxımından “Mançester Yunayted”i geridə qoyaraq İngiltərənin ən titullu klubu ünvanını özünə qaytarıb. Mersisaydlıların hazırda 19 İngiltərə çempionluğu və 6 avrokubok da daxil olmaqla 68 kubok, “Mançester Yunayted”in isə 67 mükafatı var. Beləliklə, “Liverpul” 20-ci əsrin böyük bir hissəsində əldə etdiyi tarixi üstünlüyü bərpa edib.

Arne Slotun yetirmələri 33 oyuna 79 xal qazanıblar. Onların ən yaxın təqibçisi Mikel Artetanın “Arsenal”ıdır – 34 oyuna 67 xal. “Arsenal”ın çempionluq üçün riyazi şansları olsa da, bu, xəyali görünür. Bunun üçün “qırmızılar” mövsümün son beş oyununda ancaq məğlub olmalı, “topçular” isə son dörd matçda yalnız qələbə qazanmalıdırlar.

Futbol
Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Futbol
Azərbaycan Premyer Liqası: Turun açılış oyununda 6 qol vurulub

Azərbaycan Premyer Liqası: Turun açılış oyununda 6 qol vurulub

Futbol
Muxtar Babayev Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçilib

Muxtar Babayev Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçilib

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

Futbol
Kolumbiyanın gənc futbolçusu 22 yaşında dünyasını dəyişib

Kolumbiyanın gənc futbolçusu 22 yaşında dünyasını dəyişib

Futbol
“Real” klubu Fransa Futbol Federasiyasından üzrxahlıq tələb edib

“Real” klubu Fransa Futbol Federasiyasından üzrxahlıq tələb edib

Futbol
DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

Futbol
İngiltərə Premyer Liqası: “Liverpul” 2 top fərqlə “Brentford”a məğlub olub

İngiltərə Premyer Liqası: “Liverpul” 2 top fərqlə “Brentford”a məğlub olub

Futbol
DÇ-2022: İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb

DÇ-2022: İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb

Futbol
Azərbaycan millisinin sabiq futbolçusu: “Karyeramı bitirirəm”

Azərbaycan millisinin sabiq futbolçusu: “Karyeramı bitirirəm”

Futbol
2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

Futbol
İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib

İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib