Atıcımız dünya kubokunda 13-cü olub
Argentinanın paytaxtı Buenos-Ayresdə atıcılıq üzrə dünya kubokuna start verilib.
QELEBE.AZ xəbər verir ki, 10 m məsafədən atəş açan kişi snayperlərin mübarizəsində təsnifat mərhələsi baş tutub.
Azərbaycan təmsilçisi Ruslan Lunyov da hədəf önünə keçib. O, 578 xalla 13-cü olub. Snayperimiz final mərhələsinə yüksələn “8-lik”dən kənar qalıb.
Qeyd edək ki, təsnifat mərhələsində 46 atıcı çıxış edib.

https://qelebe.az//uploads/photo/aticimiz-dunya-kubokunda-13-cu-olub.webp