Mahmud Qurbanov Azərbaycan Kubokunun yarımfinalında qarşılaşacaq komandaların şanslarını dəyərləndirib

Mahmud Qurbanov Azərbaycan Kubokunun yarımfinalında qarşılaşacaq komandaların şanslarını dəyərləndirib

Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov bu gün baş tutacaq ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçlarında üz-üzə gələcək komandaların şanslarını dəyərləndirib.

51 yaşlı mütəxəssis bu barədə “QELEBE.AZ”a açıqlama verib.

O, oyunların gərgin keçəcəyini söyləyib:

“Qarbağ” çempionatın liderdir, yəqin ki, çempionluğu qeyd edəcək. Amma kuboku qazanmaqla “qızıl dubl”a imza atmaq istəyəcək. “Araz-Naxçıvan” Premyer Liqada üçüncü yeri tutmağa əsas namizəddir. Buna baxmayaraq, kuboku qazanmaq istədikləri görünür. Elmar Baxşıyev “Qəbələ”də çalışanda “Qarabağ”ı yarımfinalda məğlub etmişdi. Finalda isə, səhv etmirəmsə, “Neftçi”ni üstələmişdi. Yenə də “Qarabağ”ı favorit görürəm. Finalın bir addımlığı olduğu üçün oyunlar gərgin keçəcək. Futbolda hər şey mümkündür. Təbii ki, hər kəs kuboku qazanmaq istəyər, çünki tarixdir”.

M.Qurbanov “Neftçi” - “Sabah” matçında isə favorit görmədiyini vurğulayıb:

“Kubokla bağlı proqnoz vermək çətindir. 4 klubdan ikisinin - “Araz-Naxçıvan” və “Qarabağ”ın avrokuboklara vəsiqə qazanmaq şansları çoxdur. Xüsusən də “Qarabağ”ı vurğulamaq istərdim. “Neftçi” və “Sabah” isə ancaq kuboku əldə etməklə avrokuboklara vəsiqə qazana bilərlər. Çünki hazırda çempionatda sabit və uğurlu nəticələri yoxdur. “Neftçi” - “Sabah” matçının favoriti yoxdur. Hər iki komandanın finala çıxmaq şansları eynidir. Bununla yanaşı, yəqin ki, zədəli oyunçuları, heyətlə bağlı problemləri var. Uğursuzluqları sığortalamaq üçün ən azı finala çıxmalıdırlar. Düşünürəm ki, həm “Neftçi”, həm də “Sabah” üçün ən əsas məqsəd finala çıxmaqdır”.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qarabağ” matçı saat 17:00-da, “Neftçi” – “Sabah” görüşü isə 19:30-da start götürəcək.

Futbol
"Bavariya"nın futbolçuları baş məşqçidən narazıdır

"Bavariya"nın futbolçuları baş məşqçidən narazıdır

Futbol
"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO

"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO

Futbol
Qara Qarayev: "Biz "Olimpiakos"dan daha cəsarətli oynadıq"

Qara Qarayev: "Biz "Olimpiakos"dan daha cəsarətli oynadıq"

Futbol
Azərbaycan millisinin futbolçusu zədələnib

Azərbaycan millisinin futbolçusu zədələnib

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Futbol
“Fənərbağça” Türkiyə millisinin futbolçusunu transfer edib

“Fənərbağça” Türkiyə millisinin futbolçusunu transfer edib

Futbol
Azərbaycanlı hakim Superfinala təyinat alıb

Azərbaycanlı hakim Superfinala təyinat alıb

Futbol
UEFA "Qarabağ"la oyundakı hadisələrə görə "Frayburq"u cərimələyib

UEFA "Qarabağ"la oyundakı hadisələrə görə "Frayburq"u cərimələyib

Futbol
Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb

Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb

Futbol
"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

Futbol
Ayxan Abbasov: "Artıq ikinci oyundur rəqibə penalti "hədiyyə edirik"

Ayxan Abbasov: "Artıq ikinci oyundur rəqibə penalti "hədiyyə edirik"

Futbol
"Qarabağ" qrup mərhələsində ilk oyununu keçirəcək

"Qarabağ" qrup mərhələsində ilk oyununu keçirəcək