Azərbaycan Kuboku: “Abşeron” yarımfinalda

Azərbaycan Kuboku: “Abşeron” yarımfinalda

Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub.

QELEBE.AZ xəbər verir ki, 1/4 finalda "Abşeron" "Naxçıvan"la qarşılaşıb.

Görüş ev sahiblərinin 102:60 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə "Abşeron" yarımfinala yüksəlib.

Günün ilk 1/4 final oyununda isə NTD "Şəki" kollektivini 71:66 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, 1/4 finalın digər iki matçı sabah keçiriləcək.