Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub.
QELEBE.AZ xəbər verir ki, 1/4 finalda "Abşeron" "Naxçıvan"la qarşılaşıb.
Görüş ev sahiblərinin 102:60 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə "Abşeron" yarımfinala yüksəlib.
Günün ilk 1/4 final oyununda isə NTD "Şəki" kollektivini 71:66 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, 1/4 finalın digər iki matçı sabah keçiriləcək.