Azərbaycan millisinin futzalçısı: "Düşünürdük ki, San Marino qrupun ən zəif komandasıdır"

Azərbaycan millisinin futzalçısı: "Düşünürdük ki, San Marino qrupun ən zəif komandasıdır"

Kosovo – San Marino görüşünü izləmişdik, düşünürdük ki, San Marino qrupun ən zəif komandasıdır.

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin üzvü Nazim Hüseynov Avropa çempionatının ilkin mərhələsində qarşılaşdıqları San marino ilə matçdan sonra Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Futzalçı keçirdiyi oyunları dəyərləndirib:

“Oyun gözlədiyimizdən daha çətin keçdi. Ola bilsin, 2 gün ərzində iki oyuna çıxmağımız yorğunluq yaratdı. Həm də Kosovo – San Marino görüşünü izləmişdik, düşünürdük ki, San Marino qrupun ən zəif komandasıdır. Bu da müəyyən qədər arxayınlıq yaratmışdı. Düzdür, məşqçilər diqqətli olmağımızı, bu görüşün əvvəlkindən daha çətin keçəcəyini deyirdilər. Çünki rəqibimiz həm bir gün artıq istirahət etmişdi, həm də itiriləsi heç nəyi qalmamışdı. Çox şükür, vacib olan xalı qazandıq".

Milli üzvü qarşıya qoyulan məqsədə çatdıqlarını söyləyib:

"Bura birinci yeri tutmaq və mərhələ adlamaq üçün gəlmişdik. İkinci görüşdə qələbə qazana bilməsək də, yekunda qarşıya qoyulan məqsədə nail olduq. Yeri gəlmişkən, bu gün (dünən) atamın doğum günüdür. Çox istəyirdim qol vurum və ona hədiyyə edim. Bunun üçün şansım da oldu, təəssüf ki, zərbədən sonra top qapı dirəyinə dəydi. İstənilən halda, mərhələ adlamağımız da uğurdur və atamı bununla təbrik edirəm".

N.Hüseynov əsas mərhələdə rəqiblərin daha güclü olacağını vurğulayıb:

"Əsas mərhələdə daha güclü rəqiblərlə qarşılaşacağıq. Ona qədər azı 2 ay vaxtımız var. Həm Yüksək Liqada oyunlarımız olacaq, həm də yaxşı hazırlıq keçəcəyik. Ümid edirəm ki, əsas mərhələdə də qazanacağımız xallarla futzal ailəsini sevindirəcəyik”.

Qeyd edək ki, Avropa çempionatının ilkin mərhələsində qrupda 4 xal toplayan U-19 əsas mərhələyə vəsiqə qazanıb. Bu mərhələnin görüşləri martın 25-30-u aralığında Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiyadan başqa, Bosniya və Herseqovina, həmçinin Türkiyədən olan həmyaşıdları ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Futbol
"Qarabağ" dünya reytinqində 8 pillə irəliləyib

"Qarabağ" dünya reytinqində 8 pillə irəliləyib

Futbol
Klopp “Mançester Siti” ilə oyunda hakimə qışqırdığı üçün cəzalanıb

Klopp “Mançester Siti” ilə oyunda hakimə qışqırdığı üçün cəzalanıb

Futbol
Murad Musayev: "Əvvəl qəzəbli və uğura ac idiksə, indi bu hisslər yoxdur"

Murad Musayev: "Əvvəl qəzəbli və uğura ac idiksə, indi bu hisslər yoxdur"

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

Futbol
Çempionlar Liqası: Bu gün "Bavariya" - "Barselona" oyunu keçiriləcək

Çempionlar Liqası: Bu gün "Bavariya" - "Barselona" oyunu keçiriləcək

Futbol
Braziliyalı futzalçı: "Azərbaycan millisinin formasını fəxrlə geyinirəm"

Braziliyalı futzalçı: "Azərbaycan millisinin formasını fəxrlə geyinirəm"

Futbol
Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

Futbol
“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”

“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”

Futbol
Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Futbol
"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

Futbol
Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Futbol
Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb