AFFA Hakimlər Komitəsinin sədri: "Referiləri futbol komandası kimi hazırlayırıq"

 AFFA Hakimlər Komitəsinin sədri: "Referiləri futbol komandası kimi hazırlayırıq"

Biz hakimləri futbol komandası kimi hazırlayırıq.

"QELEBE.AZ" xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere ədalət təmsilçilərinin Türkiyədə davam edən təlim-məşq toplanışı barədə milli assosiasiyanın rəsmi saytına açıqlamasında deyib.

Belçikalı mütəxəssis referilərin hazırlıq durumundan razı qaldığını bildirib:

“Toplanış Misli Premyer Liqasının ikinci hissəsinə hazırlıq baxımından çox vacibdir. Bu səbəbdən də buradayıq. Artıq dördüncü gündür ki, hakimlər gündə iki dəfə fiziki məşq keçirlər, həmçinin gündə iki texniki seansımız olur. Bizimlə birgə həkim və fizioterapevt də gəlib. Hakimlərin peşəkar şəkildə hazırlıq keçmələri üçün hər cür şərait var. Biz hakimləri futbol komandası kimi hazırlayırıq. Onlar da mövsümün ikinci hissəsinə hazırlaşır, birlikdə məşq edir və bu, komanda işi üçün çox vacibdir. Bir-biriləri ilə danışırlar, bir-birilərindən öyrənirlər. Çox şadam ki, yaxşı hava şəraitində, fantastik futbol meydanlarında, bu cür gözəl şəraitdə işləyə bilirik. Bizə bu imkanı yaratdığına görə AFFA rəhbərliyinə təşəkkür edirəm”.

Frank De Blekere hakimlərin Misli Premyer Liqasının ilk yarısındakı performanslarını qiymətləndirib:

“Mövsümün birinci hissəsindən çox razıyam. Ötən il iyulun sonunda ilk dəfə Bakıya gəldiyim zaman hakimlər mənim üçün yeni idilər. İşləmək istəyən bir qrup görürdüm. Bəzən bir az şübhə ilə yanaşanlar var idi. Amma həqiqətən də yaxşı komanda yaratdıq. Mənim üçün ən vacibi meydanda hakim və VAR arasında çox yaxşı balans tapmağımızdır. Yüksək müdaxilə xəttimiz var, yüngül sarı, qırmızı vərəqələr və penaltilər vermək istəmirik. Bu, bizim üçün çox vacibdir, UEFA-nın da əsas xətti belədir. Ümumiyyətlə, meydanda şəxsiyyətləri görürəm, hakimlərimizin yüksək keyfiyyətləri var, yaxşı oyun idarəçiliyinə malikdirlər. Düşünürəm ki, oyun idarəçiliyi baxımından yaxşı çıxış etmişik. Əlbəttə ki, həmişə daha da yaxşılaşdırmalı olduğumuz məqamlar var, heç kim mükəmməl deyil. Mayın son oyun gününə qədər mövsümün ilk hissəsindəki kimi davam etməyimizi istəyirəm. İndi əsas odur ki, komandamızın qarşıdakı həftələrdə və aylarda böyük, önəmli oyunlara hazır olduğunu göstərək”.

AFFA Hakimlər Komitəsinin sədri yoxlama oyunlarına gənc hakimləri təyin etmələrinin səbəbini də açıqlayıb:

“4 yoldaşlıq oyunumuz var. Biri artıq geridə qalıb. Bu matçlara gənc, perspektivli hakimləri təyin edirik ki, onlar beynəlxalq oyunları idarə etməklə təcrübə toplaya bilsinlər. Bu, gənc hakimlər üçün yaxşı təcrübədir. Onlar növbəti nəsildir. Gənclərə xarici komandaların oyunlarında daha çox təcrübə qazandırmaq istəyirəm. Bunu addım-addım edirik. FIFA hakimləri və digər təcrübəlilər isə mövsümün ikinci hissəsinə hazırlaşmaq üçün buradadırlar. Beynəlxalq dərəcəli üç hakimimiz var ki, onlardan ikisi birinci kateqoriyadadır. Bu, əla göstəricidir. Həm onlar, həm də biz ilk 6 ayda çox çalışdıq. İndi hər kəs maksimuma nail olmaq istəyir. Gənc hakimləri də növbəti aylara və mövsümlərə hazırlamalıyıq. Bu səbəbdən Türkiyədəki hazırlıq çox vacibdir”.

Qeyd edək ki, hakimlərin Antalya toplanışı yanvarın 12-dək davam edəcək.

Futbol
Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Sabah" "Səbail"ə qalib gəlib

Futbol
Pele ilə vida mərasimi başa çatıb

Pele ilə vida mərasimi başa çatıb

Futbol
Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

Azərbaycan millisi Moldova ilə qarşılaşacaq

Futbol
“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

Futbol
"Boka Xuniors" "River Pleyt"in qələbəsi sayəsində Argentina çempionu olub

"Boka Xuniors" "River Pleyt"in qələbəsi sayəsində Argentina çempionu olub

Futbol
Tyerri Anri Belçika yığmasını Azərbaycanla oyuna çıxara bilər

Tyerri Anri Belçika yığmasını Azərbaycanla oyuna çıxara bilər

Futbol
Ayxan Abbasov: “Durumumuz yaxşı deyil”

Ayxan Abbasov: “Durumumuz yaxşı deyil”

Futbol
İlin ən yaxşı gənc futbolçusu bəlli olub

İlin ən yaxşı gənc futbolçusu bəlli olub

Futbol
İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

Futbol
Argentina üçqat dünya çempionu olub

Argentina üçqat dünya çempionu olub

Futbol
UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib

UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib