Bakıda gimnastika üzrə qaliblər bəlli olub
10–12 sentyabr tarixlərində Bakı Olimpiya İdman Kompleksində gimnastika üzrə yarış keçirilib.
QELEBE.AZ xəbər verir ki, üç gün davam edən yarışda müxtəlif yaş kateqoriyalarından olan gimnastlar bacarıqlarını nümayiş etdiriblər.
Yarışın son günündə 2014–2015-ci il təvəllüdlü yeniyetmələr iki qrup üzrə bir alət proqramında çıxış ediblər. Daha sonra bu yaş kateqoriyasında çoxnövçülük proqramının qalibləri mükafatlandırılıblar.
2011–2012-ci il təvəllüdlü gənc gimnastlar da bir alət proqramında mübarizə aparıblar. Bu kateqoriyada çoxnövçülük üzrə fərqlənən idmançılara medal və diplomlar təqdim olunub.
Günün ikinci yarısında qrup hərəkətləri üzrə yarışlara start verilib. 2016–2018-ci il təvəllüdlü balaca gimnastlar topla, 2013–2015-ci il təvəllüdlü yeniyetmələr isə lentlə çıxış ediblər.
Sonda hər iki yaş kateqoriyasında çoxnövçülük proqramı üzrə qaliblər mükafatlandırılıblar.

https://qelebe.az//uploads/photo/bakida-gimnastika-uzre-qalibler-belli-olub.webp