Liqa Kubokunda 1/4 final mərhələsinin cütləri bəlli olub
İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
QELEBE.AZ xəbər verir ki, 1/8 final mərhələsinin oyunlarının böyük əksəriyyəti başa çatdığından təşkilatçılar son qarşılaşmanın nəticəsini gözləmədən növbəti raundun cütlüklərini müəyyənləşdiriblər.
Belə ki, “Everton” – “Nyukasl” görüşünün qalibi 1/4 finalda “Flitvud Taun”la qarşılaşacaq.
1/4 final mərhələsinin cütlükləri:
“Flitvud Taun” – “Everton” / “Nyukasl”
“Mançester Siti” – “Bredford Siti”
“Kristal Pelas” – “Sanderlend”
“Liverpul” – “Bornmut”
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları dekabrın 14-də başlayan həftə ərzində keçiriləcək. Qaliblər yarımfinala vəsiqə qazanacaqlar.

https://qelebe.az//uploads/photo/liqa-kubokunda-14-final-merhelesinin-cutleri-belli-olub.webp