Azərbaycanın futzal millisinin üzvü: "İsveçlə oyunda məsuliyyətimizi dərk edirik"

Azərbaycanın futzal millisinin üzvü: "İsveçlə oyunda məsuliyyətimizi dərk edirik"

İsveçlə oyunda məsuliyyətimizi dərk edirik.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin üzvü Tofiq Mikayılov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Futzalçı AVRO-2026-nın əss mərhələsində İsveçə qarşı keçirəcəkləri oyuna hazırlıqlardan danışıb:

“Toplanış səmərəli keçir. Həm fiziki, həm də taktiki planda işlər görülür. Komandanın oyuna hazır olması üçün məşqçi-texniki heyət əlindən gələni edir. Rəhbərlik də hazırlaşmaq üçün hər cür şərait yaradıb. Buna qədər də bir neçə yoldaşlıq oyunları keçirdik. Bilirsiniz ki, heyətimizdə gənc futzalçılar az deyil. Həmin matçlar gənclərin beynəlxalq oyun təcrübəsi toplaması, özlərini yaxşı tərəfdən göstərməsi baxımından vacib idi. Bilirik ki, bizi ağır oyun gözləyir. Birinci görüşlər hər zaman çətin keçir”.

O, rəqibin oyununu izlədiklərini, fiziki planda güclü olduqlarını qeyd edib:

“İsveç xüsusilə fiziki cəhətdən hazırlıqlı komandadır. Yunanıstanla görüşü komanda şəklində izlədik. Məşqçimiz də zəif və təhlükəli tərəflərini bizə izah edib. Onlar doğma meydanda uduzublar, çalışacaqlar Bakıda bunun əvəzini çıxsınlar. Çünki qələbə qazana bilməsələr, mübarizə onlar üçün başa çatmış olacaq”.

T. Mikayılov zədəli futzalçılar və azarkeşlərlə bağlı danışıb:

“Zədəli olduğuna görə kapitan Emin Kürdov və əsas hücumçularımızdan Kənan Manafov kənarda qalıblar. Onlara da tezliklə sağalmağı, növbəti matçda yanımızda olmağı arzulayırıq. Azarkeşlərə səslənirəm ki, zala gəlsinlər, “6-cı oyunçu” vəzifəsini yerinə yetirsinlər. Yenə deyirəm, görüş bizim üçün çox vacibdir. Birlikdə bu dueldən qalib ayrılmalıyıq”.

Qeyd edək ki, Azərbaycan - İsveç matçı sabah Bakı İdman Sarayında, saat 20:00-da başlayacaq.

Futbol
“Sabah”ın baş məşqçisi: “Bir və ya iki futbolçu ilə güclənə bilərik”

“Sabah”ın baş məşqçisi: “Bir və ya iki futbolçu ilə güclənə bilərik”

Futbol
"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
İstanbul derbisi: "Qalatasaray" evdə "Beşiktaş"a qalib gəlib

İstanbul derbisi: "Qalatasaray" evdə "Beşiktaş"a qalib gəlib

Futbol
Qazaxıstan yığması Azərbaycan millisi ilə oyun üçün heyətini açıqlayıb

Qazaxıstan yığması Azərbaycan millisi ilə oyun üçün heyətini açıqlayıb

Futbol
"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

Futbol
Tanınmış futbolçu karyerasını "Barselona"da bərpa edib

Tanınmış futbolçu karyerasını "Barselona"da bərpa edib

Futbol
Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Futbol
Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Futbol
Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Futbol
Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Futbol
"Yuventus" 9 ildən sonra pley-offa yüksələ bilməyib

"Yuventus" 9 ildən sonra pley-offa yüksələ bilməyib

Futbol
Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib

Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib