Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

"Qarşıda bizi "Olimpiakos"la ikinci oyun gözləyir. Bu qarşılaşma daha vacibdir. Bizə mütləq 3 xal lazımdır".

Bunu "Report"a açıqlamasında Azərbaycan milli komandasının və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının IV tur oyunu barədə danışarkən deyib.

28 yaşlı qolkiper səfərdə 3:0 hesabı ilə məğlub etdikləri Pirey təmsilçisinin yaxşı komanda olduğunu bildirib: "Çox çətin oyun oldu. Buna baxmayaraq, səfərdə inamlı qələbə qazandıq".

"Olimpiakos"la oyunda cərimə zərbəsi zamanı etdiyi əla seyvə də toxunan Məhəmmədəliyev, sadəcə, öz işini gördüyünü söyləyib: "Meydanda hərənin öz işi var. Seyv etmək də mənim işimdir. Qapıda dayanıramsa, topları götürməliyəm. "Viktoriya" ilə matçdan sonra tənqid edildim. Mənim üçün çətin idi. Milli komandaya, "Qarabağ"a kömək etmək üçün çox çalışıram".

O, hazırda Konfrans Liqası barədə düşünmədiklərini vurğulayıb: "Əsas hədəfimiz Avropa Liqası ilə bağlıdır. Pley-offa qrup birincisi kimi çıxmaq istəyirik".

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq.

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Futbol
İspaniya millisi Luis Enrike ilə yollarını ayırıb

İspaniya millisi Luis Enrike ilə yollarını ayırıb

Futbol
Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Futbol
Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Futbol
Avropa Liqası: “Qarabağ” "Nant"la oynayacaq

Avropa Liqası: “Qarabağ” "Nant"la oynayacaq

Futbol
Canni De Byazi Polşa millisinin baş məşqçisi olmaq istəyir

Canni De Byazi Polşa millisinin baş məşqçisi olmaq istəyir

Futbol
İngiltərə Premyer Liqasında transfer rekordları qeydə alınıb

İngiltərə Premyer Liqasında transfer rekordları qeydə alınıb

Futbol
UEFA yeni turnir yaradır

UEFA yeni turnir yaradır

Futbol
Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Futbol
AFFA "Zirə" klubunu cərimələyib

AFFA "Zirə" klubunu cərimələyib

Futbol
"Neftçi"nin legioneri: "Hər mövsüm komandada xeyli dəyişiklik olur"

"Neftçi"nin legioneri: "Hər mövsüm komandada xeyli dəyişiklik olur"