İngiltərə Kubokunun püşkatması baş tutub

İngiltərə Kubokunun püşkatması baş tutub

Futbol üzrə İngiltərə Kubokunun (FA Kuboku) püşkatması baş tutub.

“Report” xəbər verir ki, turnirin üçüncü raundunda 32 oyundan ibarət olacaq.

Raundun mərkəzi qarşılaşması Londonda oynanılacaq – Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” Ruben Amorimin “Mançester Yunayted”ini qəbul edəcək. Premyer Liqa komandalarının üz-üzə gələcəyi digər qarşılaşma Birminhemdə keçiriləcək – “Aston Villa” “Vest Hem”lə münasibətlərinə aydınlıq gətirəcək.

Bundan başqa, Premyer Liqanın vahid lideri “Liverpul” Liqa 2-də (səviyyəcə üçüncü liqa) çıxış edən “Akkrinqton” ilə qarşılaşacaq. “Mançester Siti” “Selford Siti”ni (Liqa 2), “Çelsi” “Morkam”ı (Liqa 2), “Tottenhem” isə “Tamuert”i (Milli Liqa – səviyyəcə beşinci liqa) sınağa çəkəcək. “Şəhərlilər” və “zadəganlar” evdə, “mahmızlar” isə səfərdə oynayacaqlar.

2025-ci ilin yanvarın 9-da və 13-də baş tutacaq matçların qalibləri dördüncü raunda – 1/16 finala vəsiqə qazanacaqlar. Həmin oyunların eyni ayın sonunda keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, İngiltərə Kubokunun üçüncü raundunda oyun heç-heçə başa çatarsa, komandalar rəqibin meydanında təkrar oyun (“replay”) keçirirlər. İkinci oyunda heç-heçə olduğu təqdirdə, qalib əlavə vaxtda və lazım gələrsə, penalti seriyasında müəyyən edilir. Təkrar oyunlar yalnız üçüncü və dördüncü raundlar üçün təşkil edilir. Beşinci raunddan başlayaraq, hesab bərabər olarsa, dərhal əlavə vaxt və penaltilər təyin edilir.

Futbol
Serxio Buskets milli karyerasını bitirib

Serxio Buskets milli karyerasını bitirib

Futbol
Vild-Donald Gerye: “Qarabağ” bütün rəqiblərinə Bakını cəhənnəmə çevirir”

Vild-Donald Gerye: “Qarabağ” bütün rəqiblərinə Bakını cəhənnəmə çevirir”

Futbol
Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Futbol
Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Futbol
Rusiya yığmasının yoldaşlıq oyunu ləğv edilib

Rusiya yığmasının yoldaşlıq oyunu ləğv edilib

Futbol
"Barselona"nın hücumçusu "Qalatasaray"a keçməkdən imtina edib

"Barselona"nın hücumçusu "Qalatasaray"a keçməkdən imtina edib

Futbol
Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Futbol
"Qarabağ" qış fasiləsinə inamlı qələbə ilə yollanıb

"Qarabağ" qış fasiləsinə inamlı qələbə ilə yollanıb

Futbol
"Qəbələ" Antalyada Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

"Qəbələ" Antalyada Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

Futbol
"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

Futbol
"Barselona"nın müdafiəçisi zədələnib

"Barselona"nın müdafiəçisi zədələnib

Futbol
Varan Danimarka ilə oyuna hazırdır

Varan Danimarka ilə oyuna hazırdır