Millətlər Liqası: Azərbaycan yığması ən az xal toplayan üçüncü komandadır
Azərbaycan yığması UEFA Millətlər Liqasında ən az xal toplayan üçüncü komandadır.
"Report"un məlumatına görə, C Liqasında mübarizə aparan Fernandu Santuşun baş məşqçisi olduğu kollektivlə yanaşı, Qazaxıstan B Liqasında, Andorra isə D Liqasında 1 xalla kifayətlənib.
Hər üç milli 3-5-ci yerləri bölüşüblər.
C Liqasında Litva və B Liqasında Finlandiya yığmaları xal qazana bilməyiblər.
Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsində 54 komanda çıxış edib. Sonuncu turda İsveçə səfərdə 0:6 hesabı ilə uduzan Azərbaycan millisi D Liqasına düşüb.

https://qelebe.az//uploads/photo/milletler-liqasi-azerbaycan-yigmasi-en-az-xal-toplayan-uchuncu-komandadir.webp











