DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

Noyabrın 20-də Qətərdə futbol üzrə dünya çempionatına start veriləcək.

"QELEBE.AZ"un məlumatına görə, 28 gün davam edəcək mundialda 32 milli komanda titul uğrunda mübarizə aparacaq.

Azərbaycan klublarından hansısa legionerin turnirdə iştirakı çətin görünsə də, DÇ-2022 iştirakçılarından yarısının təmsilçisi Premyer Liqada çıxış edir.

Ölkə çempionatında top qovan əcnəbi futbolçulardan 41-i turnir vaxtı, uzaqdan da olsa, öz yığmalarına azarkeşlik edəcəklər.

Premyer Liqada ən çox futbolçu ilə təmsil olunan mundial iştirakçısı Braziliyadır. Ölkə futbolunun elitasında ümumilikdə 11 "sambaçı" oynayır. Onlardan 4-ü "Qəbələ"nin, 3-ü "Qarabağ"ın, hərəyə biri isə "Sabah", "Neftçi", "Zirə" və "Səbail"in payına düşür.

İkinci sırada hərəyə 4 futbolçu ilə Serbiya və Portuqaliya qərarlaşıb. Azərbaycanda Fransa, İspaniya və Xorvatiyanın 3, Niderland, Argentina və Qananın 2 oyunçusu çıxış edir. Premyer Liqada Seneqal, İngiltərə, İran, ABŞ, Almaniya, Belçika və Kamerundan isə hərəyə bir futbolçu legioner həyatı yaşayır.

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland

Seneqal - Mamadu Mboc (“Neftçi”)

Niderland - Məhəmməd Hamdui (“Zirə”), Stiven Pereyra ("Sumqayıt")

B qrupu: İngiltərə, İran, ABŞ, Uels

İngiltərə - Natan Oduva ("Turan Tovuz")

İran - Peyman Keşavarzi ("Kəpəz")

ABŞ - Kenni Sayef (“Neftçi”)

C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa

Argentina - Fakundo Kardozo, Franko Mazurek (hər ikisi "Səbail")

D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis

Fransa - Abdullah Zubir (“Qarabağ"), Moiz Adileu, Hamidu Keyta (hər ikisi “Zirə”)

E qrupu: İspaniya, Kosta Rika, Almaniya, Yaponiya

İspaniya - Con İrasabal, Kristian Sebalyos (hər ikisi "Sabah"), Kristof Atanqana ("Qəbələ")

Almaniya - Coy-Lens Mikels ("Sabah")

F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya

Belçika - Loris Bronyo (“Zirə”)

Xorvatiya - Filip Ozobiç ("Qarabağ"), İvan Brkiç (“Neftçi”), Daniel Damiçiç ("Sumqayıt")

G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun

Braziliya - Riçard Almeyda, Julio Romao, Kadi Borges (hər üçü “Qarabağ”), Kristian da Silva ("Sabah"), Gilyerme Pato (“Neftçi”), Filipe Paxtman (“Zirə”), Ruan Renato, Felipe Santos, Rafael Utziq, Ramon Maçado (hamısı "Qəbələ"), Qustavo de Fransa ("Səbail")

Serbiya - Boyan Letiç ("Sabah"), Voislav Stankoviç (“Neftçi”), Nemanya Ancelkoviç, Andriya Lukoviç (hər ikisi “Zirə")

Kamerun - Runi Eva ("Turan Tovuz")

H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya

Portuqaliya - Toni Qomes ("Zirə"), Filipe Çabi ("Sumqayıt"), Qoba Zakpa, Kizito Luvaqa ("Səbail")

Qana - Ovusu Kvabena ("Qarabağ"), Qodsvey Donyo ("Neftçi")

Futbol
"Neftçi"nin baş məşqçisi: "Futbolçular süni meydanda oynamaqdan qorxurlar"

"Neftçi"nin baş məşqçisi: "Futbolçular süni meydanda oynamaqdan qorxurlar"

Futbol
AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

Futbol
UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırıb

UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırıb

Futbol
“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

Futbol
AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib

AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib

Futbol
"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

Futbol
"Bavariya"nın əsas müdafiəçisi zədələnib

"Bavariya"nın əsas müdafiəçisi zədələnib

Futbol
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

Futbol
Kadi: “Belə qarşılaşmaların taleyini fərqli detallar həll edir”

Kadi: “Belə qarşılaşmaların taleyini fərqli detallar həll edir”

Futbol
“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”

“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”

Futbol
DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

Futbol
Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb

Türkiyə klubu onkoloji xəstəliyi olan futbolçunu göndərdiyi üçün cəzalanıb