"Neftçi"nin baş məşqçisi: Artıq qalib gəlməmək üçün səbəbimiz yoxdur - MÜSAHİBƏ

"Neftçi"nin baş məşqçisi: Artıq qalib gəlməmək üçün səbəbimiz yoxdur - MÜSAHİBƏ

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk "QELEBE.AZ"a müsahibə verib. Ukraynalı mütəxəssis cari mövsümün startından öncə "sükanı arxasına" keçdiyi komandanın Azərbaycan Premyer Liqasının ilk beş turunda qələbə qazana bilməməsindən və uğursuz çıxışın səbəblərindən danışıb. O, ölkə çempionatında yaranan fasilədən yaxşı faydalandıqlarını və qarşıdakı günlərdə azarkeşlərin daha güclü "Neftçi" görəcəklərini söyləyib.

- Arxada qalan 5 turda 4 heç-heçə etmisiniz. Komandanın qələbə qazanmasına mane olan səbəb nədir?

- Qələbə qazanmaqda bizə mane olan səbəblər var idi, amma artıq qalib gəlməmək üçün səbəbimiz yoxdur. Çünki vəziyyəti yaxşı təhlil etmişik, durumun nə yerdə olduğunu bilirik. Təbii ki, hazırkı vəziyyətdən narazıyıq, amma şadam ki, son iki həftə ərzində komandanı komplektləşdirə bildik.

- Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən necə yararlandınız? Fasilədən sonra fərqli “Neftçi” görə bilərik?

- Bizə tam hazır formada qoşula bilməyən futbolçuların üzərində həm fiziki, həm də taktiki cəhətdən işləmək fürsətimiz oldu. Buna görə də yaxın həftələr ərzində daha yaxşı “Neftçi” görəcəyik.

- Kluba yeni transfer olunan futbolçuların həqiqətən faydalı olduğunu düşünürsünüz?

- Yeni transferlər hələ ki, komandaya tam uyğunlaşmayıblar. Strateji və taktiki cəhətdən isə hələ də istədiyimiz oyunu göstərə bilmirik. Ancaq bilirik ki, necə futbol oynamalıyıq. Göstərmək istədiyimiz oyunu yaradacağıq. Sadəcə, bu prosesin həyata keçməsi üçün zamana ehtiyac var.

- Komandanı istədiyiniz səviyyəyə çatdırmaq üçün nə qədər vaxt lazım olduğunu düşünürsünüz?

- Futbolçularımızı çox sevirik, onlara hörmətlə yanaşırıq, inanırıq. Yaxşı transferlər etmişik. Onlar istədiyimiz futbolu göstərə biləcək gücdədirlər. Əlbəttə, həyatda olduğu kimi, futbolda da futbolçu, insan, ümumilikdə komanda üçün şansın gətirməsi də çox önəmlidir.

- Növbəti 2 turda ciddi rəqiblər - əvvəlcə "Zirə", daha sonra "Qarabağ" ilə qarşılaşacaqsınız. Futbolçulara xüsusi tapşırığınız olacaq?

- Həm “Zirə”, həm də “Qarabağ” güclü rəqibdirlər. Lakin bundan əvvəl də ciddi komandalarla qarşılaşmışıq. Biz hər bir rəqibə qarşı tamamilə ciddi, məsuliyyətlə yanaşırıq, hər birini təhlil edirik. Heç bir rəqibdən çəkinmirik və meydana qələbə qazanmaq, xüsusilə də öz oyunumuzu göstərmək üçün çıxırıq.

- Azərbaycanlı futbol azarkeşlərinin yaddaşında uğurlu məşqçi kimi qalmısınız. “Qəbələ”də əldə etdiyiniz nailiyyəti “Neftçi”də də təkrarlaya biləcəksiniz?

- Seleksiya işlərinə çox həssas yanaşırıq. Yalnız oyun üslubumuza uyğun gələn futbolçuları götürmək istəyirdik. Buna görə də yenilər bizimlə təlim-məşq toplanışı keçə bilmədilər. Biz sadə futbol oynamaq, böyük qüvvə ilə müdafiə olunmaq və əks-hücumlara bel bağlamaq istəmirik. Heç bu şəkildə oynamayacağıq da. Çünki mən də belə futbola hazır deyiləm və bu cür oyun göstərmək maraqsızdır. Təcrübəmdən bilirəm ki, belə futbolla uğur qazanmaq olmaz. Həm də belə oynamaq “Neftçi”yə yaraşmaz. Biz çox ciddi futbol oynamaq, hücüm futbolu göstərmək istəyirik.

Futbol
"Kəpəz" braziliyalı futbolçunu transfer edib

"Kəpəz" braziliyalı futbolçunu transfer edib

Futbol
Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Futbol
“Turan Tovuz” Moldova millisinin futbolçusunu transfer edib

“Turan Tovuz” Moldova millisinin futbolçusunu transfer edib

Futbol
Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Futbol
Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub

Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub

Futbol
"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

Futbol
Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Futbol
"Səbail" - "Qarabağ" oyununun ikinci hissəsi elektrik enerjisi kəsildiyi üçün gec başlayıb

"Səbail" - "Qarabağ" oyununun ikinci hissəsi elektrik enerjisi kəsildiyi üçün gec başlayıb

Futbol
Nunu Qomeş: "Qarabağ"ın  prezidenti kluba çox sərmayə qoyur"

Nunu Qomeş: "Qarabağ"ın prezidenti kluba çox sərmayə qoyur"

Futbol
DÇ-2022: Bomba şübhəsi ilə Qana yığması təxliyə edilib

DÇ-2022: Bomba şübhəsi ilə Qana yığması təxliyə edilib

Futbol
AFFA Mirbağır İsayevin cəzasını azaldıb

AFFA Mirbağır İsayevin cəzasını azaldıb

Futbol
“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib