Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"

Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"

"Neftçi" klubunun və Azərbaycan millisinin kapitanı Emin Mahmudov peşəkar karyerasına 2010-cu ildə Rusiya təmsilçisi "Saturn"da başlayıb.

Mosvka "Spartak"ı və Portuqaliyada "Boavişta"nın da formasını geyinmiş yarımmüdafiəçi 2017-ci ildən "Neftçi"nin uğurları üçün çalışır.

2020/2021 mövsümündə ağ-qaralarla Azərbaycan Premyer Liqasının qalibi olan 30 yaşlı futbolçu "Report"un suallarını cavablandırıb.

- Premyer Liqanın son turunda "Səbail"ə 3:1 hesabı ilə qalib gəldiniz. Oyunu necə şərh edərdiniz?
- Matça yaxşı başlamışdıq. İki top fərqi ilə önə keçəndə sonra boşluqlar verməyə başladıq. O anlarda rəqib bizdən daha yaxşı oynadı. Yaxşı ki qələbə qazandıq.

- Hər üç qolu siz vurdunuz. Karyeranızdakı ilk het-triklə bağlı təəssüratlarınız necədir?
- İlk dəfə het-trikə imza atdığım üçün çox şadam təbii ki. Bunu bacaran oyunçulardan olduğum üçün sevinirəm.

- Dünya çempionatının davam etdiyi bir vaxtda daxili oyunlara köklənməklə bağlı problem olur?
- Bu, bizə mane olmur. Hətta deyərdim ki, daha yaxşıdır. Oyundan əvvəl bazada qalanda komanda yoldaşlarımızla futbola baxa bilirik.

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsınız. Bu oyunla bağlı nə deyə bilərsiniz?
- Bu komanda ilə oyunlar həmişə maraqlı olur. Ağdamlılarla qarşılaşmaları çox sevirəm. Qələbə qazanmaq üçün bu görüşə maksimum diqqətli çıxmalıyıq.

- Qələbə qazansanız, liderlə xal fərqini minimuma endirə bilərsiniz. Bu amil komandanız üçün əlavə stimul ola bilər?
- Bizim üçün 3 xal hər oyunda, həmçinin "Qarabağ"la matçda da stimul olmalıdır.

- Azərbaycan millisi ardıcıl beşinci qələbəsini qazandı. Sanki komandada artıq qələbə ruhu formalaşıb. Bu amil seçmə mərhələdə milliyə nə dərəcədə kömək edəcək?
- Qələbələr komandaya daha çox güvən verir və biz də yaxşı oyun göstərəcəyimizə, xallar qazanacağımıza inanırıq.

- Futbolçuların De Byaziyə, italiyalı mütəxəssisin isə artıq oyunçulara uyğunlaşdığını söyləmək olar?
- Biz baş məşqçinin istədiyini yerinə yetirməyə çalışırıq. Necə alındığını seçmə mərhələdə birlikdə görəcəyik.

- Dünya çempionatı barədə fikirləriniz maraqlıdır. Mövsümün ortasında və qışda keçirilən mundial necə təsir bağışlayır?
- Mənim üçün fərq etmir. Dünya çempionatı futbolun ən vacıb turniridir və həmişə maraqlıdır.

- Hansı komandaya azarkeşlik edirsiniz və ya favoritiniz kimdir?
- Uşaqlıqdan Braziliya yığmasının azarkeşiyəm və onları favorit kimi görürəm.

- Artıq qrup mərhələsində II tur başa çatıb. Hansı yığma sizi daha çox təəccübləndirib?
- Səudiyyə Ərəbistanı yığması bir az təəccübləndirdi. Çox yaxşı futbol oynayırlar, heç kimdən çəkinmirlər. Onların maraqlı taktikaları var.

Futbol
Azərbaycanlı hakim: “Birinci kateqoriyada möhkəmlənməyi düşünürəm”

Azərbaycanlı hakim: “Birinci kateqoriyada möhkəmlənməyi düşünürəm”

Futbol
Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"i, "Zirə" "Neftçi"ni qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"i, "Zirə" "Neftçi"ni qəbul edəcək

Futbol
Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Futbol
"Qarabağ"ın legioneri: "Sabah" ciddi rəqibdir"

"Qarabağ"ın legioneri: "Sabah" ciddi rəqibdir"

Futbol
Konfederasiyalar üzrə klub yarışlarının bombardirləri bəlli olub

Konfederasiyalar üzrə klub yarışlarının bombardirləri bəlli olub

Futbol
Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edilib

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub

Futbol
“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

Futbol
Azərbaycanlı futbolçu dünya reytinqində ilk “10-luq”dan kənarda qalıb

Azərbaycanlı futbolçu dünya reytinqində ilk “10-luq”dan kənarda qalıb

Futbol
Xorvatiya 1/4 finala yüksəlib

Xorvatiya 1/4 finala yüksəlib

Futbol
Braziliya klubu Ronaldunu transfer etmək istəyir

Braziliya klubu Ronaldunu transfer etmək istəyir

Futbol
Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub