Azərbaycan Premyer Liqası klublarının fasilədəki hazırlıq planları müəyyənləşib - SORĞU

Azərbaycan Premyer Liqası klublarının fasilədəki hazırlıq planları müəyyənləşib - SORĞU

Azərbaycan Premyer Liqası klublarının UEFA Millətlər Liqasının matçlarına görə yaranan fasilə müddətində hazırlıq planları müəyyənləşib.

Bu barədə “QELEBE.AZ”a klub rəsmiləri açıqlama veriblər.

Zaur Xudiyev, “Sumqayıt”ın mətbuat katibi:

“Məşqlərə start vermişik. Xüsusilə də yeni oyunçuların uyğunlaşması baxımından fasilə yaxşı fürsətdir. Komanda gündə bir dəfə məşq edir. Millilərin düşərgəsində olan oyunçularımız var. Mehdi Cənnətov əsas yığmada, Xəyal Fərzullayev U-21-də, Nihad Əhmədzadə, Sənan Muradlı isə U-19-dadılar. Zədəli oyunçularımızdan İsa Suliman bərpa ilə məşğuldur. Roi Kehat və Ayxan Süleymanlı isə fərdi məşqlərlə kifayətlənirlər. Hələ komandaya qoşulmayıblar. Şənbə günü "Araz-Naxçıvan"la yoldaşlıq oyunu keçirəcəyik. Ondan sonra da məşqlər davam edəcək və "Şamaxı" ilə görüşün hazırlıqları başlayacaq”.

Anar Hacıyev, “Qarabağ”ın mətbuat katibi:

“Komanda “Zirə” ilə oyundan sonra 4 günlük istirahətə buiraxılmışdı. Sabahdan məşqlər bərpa olunacaq. Hazırda planda yoxlama görüşü yoxdur. Olarsa, bu barədə ictimaiyyətə açıqlama veriləcək”.

Asəf Zeynallı, “Neftçi”nin mətbuat katibi:

“Komandamız məşqlərə başlayıb. Yoxlama oyunu nəzərdə tutulmayıb”.

Elmar Baxşıyev, “Araz-Naxçıvan”ın baş məşqçisi:

“Sentyabrın 3-də məşqləri bərpa etmişik. Ayın 7-də səfərdə “Sumqayıt”la yoldaşlıq görüşü nəzərdə tutulub”.

Rəşad Məmmədov, “Səbail”in mətbuat katibi:

“Dünəndən məşqlərə başlamışıq. Yoxlama oyunu nəzərdə tutulmayıb. Ayman Bouali zədəlidir, növbəti matça qədər sağalıb-sağalmayacağı dəqiq bilinmir”.

Elmar Abdullazadə, “Zirə”nin mətbuat katibi:

“Bu gündən məşqlər başlayıb. Yoxlama oyunu planlaşdırılmayıb. Hacıağa Hacılı zədəlidir, təxminən 10 günə məşqlərə başlayacaq. Martins Juniorun zədəsi isə 2-3 aya sağalacaq”.

Süleyman Tağıyev, “Turan Tovuz”un mətbuat katibi:

“Bu gündən sentyabrın 11-nə qədər Gəncədə, “Kəpəz”in bazasında təlim-məşq toplanışı nəzərdə tutulub. Yoxlama matçı da planlaşdırmışıq. Rəqib bəlli olan kimi rəsmi məlumat verəcəyik”.

Ayxan Abbasov, “Şamaxı”nın baş məşqçisi:

"Məşqlərə başlamışıq. Şamaxıdayıq, “Sumqayıt”la oyuna qədər hazırlıqlarımız davam edəcək. Zədəli futbolçularımız yoxdur. Üç oyunçumuz U-21 millisindədir. Yoxlama matçı nəzərdə tutmamışıq”.

Elnur Həmidov, “Sabah”ın mətbuat katibi:

"Komanda dünəndən hazırlığa başlayıb. Məşqlər hər gün "Bank Respublika Arena"da keçirilir. Zədəlilər Ayaz Quliyev və Vinsent Tillin sentyabrın sonları, oktyabrın əvvəllərindən komanda ilə məşqlərə başlaması gözlənilir. Yoxlama oyunu ilə bağlı hələ ki, qərar verilməyib”.

Azad Mustafayev, “Kəpəz”in mətbuat katibi:

“Yoxlama matçı ilə bağlı hələ dəqiq heç nə yoxdur. Baş məşqçi futbolçuların fiziki durumları ilə daha yaxından tanış olduqdan sonra oyun keçirmək barədə düşünəcəyini deyib. Komanda məşqlərə başlayıb. Zədəlilərimiz Tural Rzayev, Elgün Bayramov və Elmir Tağıyev fərdi hazırlıq keçirlər".

Futbol
Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Futbol
“Everton” klubu satılır

“Everton” klubu satılır

Futbol
Laporta Messini “Barselona” tarixinin ən yaxşı oyunçusu hesab edir

Laporta Messini “Barselona” tarixinin ən yaxşı oyunçusu hesab edir

Futbol
La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

Futbol
Mahir Emrelinin səhhətində problem yaranıb

Mahir Emrelinin səhhətində problem yaranıb

Futbol
Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Futbol
Azərbaycanda futbol şərhçisi yol qəzasında dünyasını dəyişib

Azərbaycanda futbol şərhçisi yol qəzasında dünyasını dəyişib

Futbol
Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Futbol
"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

Futbol
Çempionlar Liqası: "Çelsi" "Milan"a qarşı, "Dinamo" "Zaltsburq"la üz-üzə gələcək

Çempionlar Liqası: "Çelsi" "Milan"a qarşı, "Dinamo" "Zaltsburq"la üz-üzə gələcək

Futbol
“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb

“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb

Futbol
Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib