Azərbaycan millisinin baş məşqçisi: Pley-offda ən güclü rəqib bizə düşdü

Azərbaycan millisinin baş məşqçisi: Pley-offda ən güclü rəqib bizə düşdü

Pley-offda ən güclü rəqib bizə düşdü.

"QELEBE.AZ" xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

AFFA-nın rəsmi saytına danışan mütəxəssis birinci pley-offdakı rəqib Portuqaliya yığmasının güclü komanda olduğunu bildirib:

“Potensial rəqiblərin hamısı yaxşı idi. Ancaq aralarında ən güclüsü bizə düşdü. Pley-offda zəif rəqib olmur. Portuqaliya yığması barədə geniş danışmağa ehtiyac yoxdur. Onların gücləri hər kəsə bəllidir”.

S.Əsgərov Portuqaliya yığmasına qarşı layiqli mübarizə aparacaqlarını deyib:

“Boş yerə bu mərhələdə olmadığımızı rəqibə göstərməliyik. Komanda olaraq üzərimizə düşəni artıqlaması ilə etməyə çalışacağıq. Oyunlar oktyabrda keçiriləcəyi üçün hələ vaxtımız var. Maksimum dərəcədə yaxşı hazırlaşacağıq. İnanıram ki, ölkəmizə, millimizə yaraşan oyun nümayiş etdirəcəyik. Son iki ildə bu yerlərə qədər gəlib çıxmağımız sevindirici haldır. Yaddaqalan oyunlar göstərmək istəyirik”.

Baş məşqçi ikinci pley-off mərhələsindəki potensial rəqibləri də dəyərləndirib:

“Məncə, mümkün rəqiblərin duelində Çexiya qalib gələcək. Onlar Avropa çempionatının seçmə mərhələsinin A Liqasında çıxış ediblər. Həmin liqadan gələn komandalar yüksək keyfiyyətə malikdirlər”.

Qeyd edək ki, A millimiz Portuqaliya yığması ilə ilk oyununu oktyabrın 23-də evdə, cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək. Azərbaycan – Portuqaliya və Belarus - Çexiya cütlərinin qaliblərinin qarşılaşmaları isə noyabrın 27-də və dekabrın 3-də olacaq.

Futbol
Azərbaycanın FIFA referiləri UEFA-nın kursunda iştirak ediblər

Azərbaycanın FIFA referiləri UEFA-nın kursunda iştirak ediblər

Futbol
DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

Futbol
Azərbaycan çempionu 6 yeni futbolçu transfer edib

Azərbaycan çempionu 6 yeni futbolçu transfer edib

Futbol
Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək

Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək

Futbol
Uels millisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

Uels millisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Futbol
Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol
DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

Futbol
"Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub

"Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub

Futbol
"Qarabağ"ın aparıcı futbolçusu "Frayburq"la oyunu buraxacaq

"Qarabağ"ın aparıcı futbolçusu "Frayburq"la oyunu buraxacaq

Futbol
"Mançester Yunayted"in niderlandlı futbolçunu ala bilməməsinin səbəbi açıqlanıb

"Mançester Yunayted"in niderlandlı futbolçunu ala bilməməsinin səbəbi açıqlanıb

Futbol
Çempionlar Liqası: "Real Madrid" və PSJ xal itirdi, günün bütün nəticələri

Çempionlar Liqası: "Real Madrid" və PSJ xal itirdi, günün bütün nəticələri