ACF-nin vitse-prezidenti: İnanırıq ki, cüdoçularımız Azərbaycanı Paris-2024-də layiqincə təmsil edəcəklər

ACF-nin vitse-prezidenti: İnanırıq ki, cüdoçularımız Azərbaycanı Paris-2024-də layiqincə təmsil edəcəklər

İnanırıq ki, cüdoçularımız Azərbaycanı Paris-2024-də layiqincə təmsil edəcəklər.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli deyib.

ACF rəsmisi Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçularından uğurlu çıxış gözlədiyini söyləyib:

“Azərbaycanın nə qədər dünya və olimpiya çempionları çox olsa, bizim üçün sərvət sayılır. Hidayət Heydər (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiada ərəfəsində mundialın qalibi oldular. Bu, böyük idman hadisədir. İnanırıq ki, Parisdə medalçılar sırasına düşə biləcəklər. Ümumiyyətlə, məqsədimiz odur ki, Elnur Məmmədlidən sonra başqa cüdoçularımız da olimpiya çempionu olsunlar".

E.Məmmədli yarış öncəsi hər bir Azərbaycan cüdoçusunda yüksək əhval-ruhiyyənin olduğunu bildirib:

“Azərbaycan Cüdo Federasiyası olaraq yarış üçün lazımi bütün işlərimizi görmüşük. Hazırda olimpiada öncəsi sonuncu təlim-məşq toplanışını keçiririk. İdmançılarımız qısa fasilələrlə məşqlər edirlər və istirahətə az zaman ayrılır. İnanırıq ki, cüdoçularımız Azərbaycanı Paris-2024-də layiqincə təmsil edəcəklər”.

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı 15 idman növü üzrə 17 proqramda Azərbaycanı təmsil edəcək.

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Fərdi
İrina Zaretskaya Premyer Liqanın qalibi olub

İrina Zaretskaya Premyer Liqanın qalibi olub

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

Fərdi
Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Fərdi
Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Fərdi
Azərbaycan güləşçisi: "Zədə mənə problem yaradırdı"

Azərbaycan güləşçisi: "Zədə mənə problem yaradırdı"

Fərdi
Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Fərdi
Azərbaycan komandası bədii gimnastika üzrə beynəlxalq yarışda 26 medal qazanıb

Azərbaycan komandası bədii gimnastika üzrə beynəlxalq yarışda 26 medal qazanıb

Fərdi
Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Fərdi
Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Fərdi
Fərid Qayıbov: "Mehriban Əliyevanın rəhbərliyi ilə gimnastikada böyük uğurlar əldə olunub"

Fərid Qayıbov: "Mehriban Əliyevanın rəhbərliyi ilə gimnastikada böyük uğurlar əldə olunub"