Azərbaycan gimnastı: FIG Kubokunu qazanmaq böyük qürur və motivasiya mənbəyidir

Azərbaycan gimnastı: FIG Kubokunu qazanmaq böyük qürur və motivasiya mənbəyidir

Üçüncü dəfədir ki, FIG Kubokunu qazanıram və bu mənim üçün böyük qürur və motivasiya mənbəyidir.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Kubokuna sahib çıxan Azərbaycan tamblinqçisi Mixail Malkin deyib.

Portuqaliyanın Koimbra şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda qızıl medal əldə edən idmançı yarışa çox ciddi və planlı şəkildə hazırlaşdığını bildirib:

"Çünki məqsədim qalib olmaq idi. Hər bir detalı nəzərə alaraq, ən incə nüanslara qədər məşqlərimi tam şəkildə yerinə yetirdim. Yarışdan öncə fiziki və mental hazırlıq mərhələsində hər gün saatlarla çalışdım və nəticədə bütün bu səylərim öz bəhrəsini verdi. Sevinirəm ki, zəhmətim boşa çıxmadı və mən qalib oldum".

"İlk dəfə FIG Kubokunu qazandığımda hiss etdiyim sevinc hələ də təravətini qoruyur, amma hər yeni qələbə mənim üçün yeni zirvə və məsuliyyət deməkdir. Hədəflərim isə böyükdür. Gələn il keçiriləcək Dünya Oyunları və dünya çempionatına hazırlaşmaq əsas prioritetlərimdəndir. Bu böyük yarışlarda iştirak etmək və uğur əldə etmək üçün indidən ciddi şəkildə hazırlaşmağa başlamışam. Hər bir yarış mənim üçün yeni təcrübədir. Özümü daha da inkişaf etdirmək və hər gün daha yaxşı olmaq üçün əlimdən gələni edəcəyəm", - deyə Malkin vurğulayıb.

Dünya və Avropa çempionu davamlı zəhmət və iradə ilə daha böyük uğurlara imza atacağına inandığını söyləyib:

"İrəlidəki hədəflərimə çatmaq üçün mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu dəstəyi doğrultmaq üçün var gücümlə çalışacağam".

Qeyd edək ki, Dünya Kuboku seriyasının qalibi olan idmançı topladığı 31.100 xalla tamblinq üzrə ən güclülərin siyahısında birinci pillədə qərarlaşıb. Təmsilçimizin Bakıda və Koimbrada keçirilən iki Dünya Kubokunda göstərdiyi nəticələr ona Beynəlxalq Gimnastika Federasiyasının Kubokunun qalibi adını qazandırıb.

Fərdi
Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Fərdi
Azərbaycan yığması Bakıdakı Böyük Dəbilqədə 37 cüdoçu ilə iştirak edəcək

Azərbaycan yığması Bakıdakı Böyük Dəbilqədə 37 cüdoçu ilə iştirak edəcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Fərdi
AMADA süni intellekt tətbiq edəcək

AMADA süni intellekt tətbiq edəcək

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Fərdi
Azərbaycanın daha bir ağırlıqqaldıranı beynəlxalq turnirdə medal qazanıb

Azərbaycanın daha bir ağırlıqqaldıranı beynəlxalq turnirdə medal qazanıb

Fərdi
Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Fərdi
Kolumbiyalı boksçu döyüşdən sonra komaya düşüb

Kolumbiyalı boksçu döyüşdən sonra komaya düşüb

Fərdi
"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub

"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub