Azərbaycan millisinin qapıçısı: “Astana”nın hədəfləri yüksəkdir, bu da məndə böyük maraq oyatdı

Azərbaycan millisinin qapıçısı: “Astana”nın hədəfləri yüksəkdir, bu da məndə böyük maraq oyatdı

“Astana”nın hədəfləri yüksəkdir, bu da məndə böyük maraq oyatdı.

Bunu “Report”a açıqlamasında Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynli Qazaxıstanın “Astana” klubuna keçidi barədə danışarkən deyib.

Təcrübəli qolkiper seçimini belə izah edib:

“Atırau”da çıxış etdiyim müddətdə həm ölkəmizdən, həm də xarici klublardan təkliflər var idi. Sadəcə, müəyyən vaxt lazım idi ki, təklifləri dəyərləndirim. Klubların durumu, strategiyası, ordakı yaşayış tərzi, ölkənin vəziyyəti önəmlidir. Çünki orada ailəmlə yaşayıram. Müəyyən xırda detallar vacib rol oynayır. Menecerim Marat Salyanski ilə birlikdə bu işin üzərində çalışırdıq. Sonda “Astana” klubu ilə müqavilə bağlamaq qərarına gəldik”.

R.Hüseynli həmişə “Araz-Naxçıvan” klubunda oynamağa hazır olduğunu söyləyib:

“Araz-Naxçıvan” mənim üçün doğma klubdur. Rəhbərliklə yaxşı əlaqələrimiz, ünsiyyətimiz var. Sağ olsunlar, klubun qapılarını daim üzümə açıblar. Hər zaman “Araz-Naxçıvan”a xidmət etməyə hazıram. Çünki bu yerlərə gəlib çatmağımda pay sahibi olublar. Rəhbərliklə danışdıq, yenidən 1 illik legioner həyatı yaşamağa qərar verdiyimi dedim”.

Qapıçı yeni komandasının hədəflərinin yüksək olduğunu vurğulayıb:

“Son iki-üç mövsümdə “Astana” yüksək pillələr uğrunda mübarizə aparmaqda çətinlik çəkirdi. Martda kluba yeni sponsor gəldi, rəhbər təyin olundu. Braziliyalı baş məşqçi dəvət edildi. Müəyyən detallar bizi cəlb etdi və bu klubla müqavilə bağladıq”.

Futbol
Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Futbol
Avropa Liqası: Daha bir komanda 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: Daha bir komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Futbol
"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

"Barselona" ispaniyalı müdafiəçi ilə anlaşıb

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Futbol
“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

Futbol
Ukrayna Rusiyanın FIFA və UEFA-dan kənarlaşdırılmasını tələb edir

Ukrayna Rusiyanın FIFA və UEFA-dan kənarlaşdırılmasını tələb edir

Futbol
"Sumqayıt" yaponiyalı futbolçu ilə müqavilə imzalayıb

"Sumqayıt" yaponiyalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
Premyer Liqa: "Zirə" "Şamaxı" ilə bacarmayıb

Premyer Liqa: "Zirə" "Şamaxı" ilə bacarmayıb

Futbol
DÇ-2022: Xorvatiya - Belçika oyununda 2-ci hissə başlayıb

DÇ-2022: Xorvatiya - Belçika oyununda 2-ci hissə başlayıb

Futbol
Rusiya klubunun baş məşqçisi istefaya göndərilib

Rusiya klubunun baş məşqçisi istefaya göndərilib

Futbol
DÇ-2022: Qana yığması Qətərə forma aparmağı unudub

DÇ-2022: Qana yığması Qətərə forma aparmağı unudub