"Ayaks" klubunun yeni baş məşqçisi müəyyənləşib
"Ayaks" klubunun yeni baş məşqçisi müəyyənləşib.
"QELEBE.AZ" Hollandiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Françesko Farioli bundan sonra Amsterdam klubunu çalışdıracaq.
35 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, italiyalı məşqçinin sonuncu iş yeri Fransa təmsilçisi "Nitsa" olub. O, daha əvvəl Türkiyənin "Alanyaspor" və "Fatih Karagümrük" klublarında da çalışıb.

https://qelebe.az//uploads/photo/ayaks-klubunun-yeni-bash-meshqchisi-mueyyenleshib.webp











