Avropa çempionu olan Azərbaycan millisinin böyük məşqçisi: Turnirə çox yaxşı hazırlaşmışdıq

Avropa çempionu olan Azərbaycan millisinin böyük məşqçisi: Turnirə çox yaxşı hazırlaşmışdıq

Uşaqlar turnirə çox yaxşı hazırlaşmışdılar. Yarışda bacardığımızı və əlimizdən gələni etdik.

Bunu "QELEBE.AZ"a açıqlamasında Yunanıstanın Lutraki şəhərində U-15 Avropa çempionatında komanda hesabında birinci olan Azərbaycan millisinin böyük məşqçisi Namiq Quliyev deyib.

Mütəxəssis onları hər cür şəraitlə təmin edən Azərbaycan Güləş Federasiyasına təşəkkür edib: "İlk gündə iki idmançımız uğursuzluqla üzləşdi. Sonra ardıcıl nailiyyətlər əldə etdik".

N.Quliyev finalda uduzan Rəşid Nazarov (52 kq) və Nihad Süleymanlıdan (75 kq) danışıb: "Çempion da ola bilərdilər. Son saniyələrdə qələbəni əldə verdilər. Güləşdə belə hallar olur. Bu da onların təcrübəsizliyindən irəli gəlir. Beynəlxalq yarışlarda güləşməmişdilər. Sadəcə, respublika birinciliyində mübarizə aparmışdılar. Komandamız çempion olduğu üçün sevinirəm. Hər bir güləşçimizə gələcəkdə bundan da böyük nailiyyətlər arzulayıram. Komandanı mənimlə birlikdə məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanov da hazırlayıb. Bu nailiyyətdə hamımızın əziyyəti var".

Qeyd edək ki, yığma turnirdə 1 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. İbrahim Həsənov (41 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşid Nazarov (52 kq), Ruslan Vəliyev (62 kq) və Nihad Süleymanlı (75 kq) ikinci, Musa Tağıyev (38 kq), Abbas Şəfiyev (44 kq), Ramal Məmmədoğlu (52 kq) və Asim Əliyev (57 kq) üçüncü yeri tutub.

Yekunda 140 xal toplayan millimiz ən yaxın izləyicisini 31 xal qabaqlayaraq komanda hesabında Avropa çempionu olub. Beləliklə, U-15 Avropa çempionatları tarixində sərbəst güləş üzrə millimiz ilk dəfə komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (109) ikinci, Türkiyə (104) isə üçüncü yerdə qərarlaşıb.

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" turnirinin vaxtı dəqiqləşib

"Vüqar Həşimov Memorialı-2022" turnirinin vaxtı dəqiqləşib

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri medalsız qalıb

Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri medalsız qalıb

Fərdi
Azərbaycan güləşçiləri dünya birinciliyi və çempionatında 4 medal qazanıblar

Azərbaycan güləşçiləri dünya birinciliyi və çempionatında 4 medal qazanıblar

Fərdi
Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Fərdi
Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Fərdi
Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Fərdi
Üç medal qazanmış Azərbaycan gimnastı: "Daha yaxşısını da bacara bilərdim"

Üç medal qazanmış Azərbaycan gimnastı: "Daha yaxşısını da bacara bilərdim"

Fərdi
“Report” Azərbaycan Milli Paralimpiya Komitəsinin mükafatına layiq görülüb

“Report” Azərbaycan Milli Paralimpiya Komitəsinin mükafatına layiq görülüb

Fərdi
Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Fərdi
Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Fərdi
Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Fərdi
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB