Stokholmda təşkil olunacaq "Şuşa" beynəlxalq mini-futbol turnirinin püşkü atılıb

Stokholmda təşkil olunacaq "Şuşa" beynəlxalq mini-futbol turnirinin püşkü atılıb

İsveçin paytaxtı Stokholmda keçiriləcək "Şuşa" beynəlxalq minifutbol turnirinin püşkü atılıb.

İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyevin "QELEBE.AZ"a verdiyi məlumata görə, "Susa Fotboll Masterskap 2022"də qrupların tərkibi dəqiqləşib.

Azərbaycan komandası A qrupunda Qazaxıstan, Albaniya və Tunislə üz-üzə gələcək.

Digər qruplar aşağıdakı tərkibdə formalaşıb:

B qrupu: İtaliya, Fransa, Yunanıstan, Nigeriya

C qrupu: Kolumbiya, Uruqvay, Qırğızıstan, Braziliya

D qrupu: Argentina, Misir, Xorvatiya, İsveç

Emil Mirzəyev turnirin ərsəyə gəlməsində onunla yanaşı peşəkar məşqçi Rüfət Əhmədov və "Sabah"ın idman direktoru və Müşahidə Şurasının üzvü İqor Ponomaryovun da əməyinin olduğunu söyləyib: "Yarışı Konqresin üzvləri maliyyələşdirib. Bəzi məsələlərdə isə səfir Zaur Əhmədov bizə dəstək olub. Məqsədimiz bu turnirin qalibi olmaqdır".

Sədr bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ili "Şuşa ili" elan etdiyindən İsveç diasporunun nümayəndəsi kimi belə turnir keçirmək qərarına gəliblər.

Qeyd edək ki, "Susa Fotboll Masterskap 2022" turniri 21 - 23 oktyabr tarixlərində baş tutacaq. Azərbaycan komandası ilk görüşünü oktyabrın 21-də Qazaxıstan kollektivinə qarşı keçirəcək.

Futbol
Rumıniyalı məşqçi: “Azərbaycan klubu ilə oyunda aqressiya həddini aşmadı”

Rumıniyalı məşqçi: “Azərbaycan klubu ilə oyunda aqressiya həddini aşmadı”

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Futbol
İspaniya məhkəməsi Ronaldo barəsində həbs qərarı çıxarıb

İspaniya məhkəməsi Ronaldo barəsində həbs qərarı çıxarıb

Futbol
Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

Futbol
Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Futbol
Azərbaycanlı futbolçu pley-off oyunları üçün Ukrayna millisinə çağırılıb

Azərbaycanlı futbolçu pley-off oyunları üçün Ukrayna millisinə çağırılıb

Futbol
Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Futbol
Ronaldu AVRO-2024-də oynamaq istəyir

Ronaldu AVRO-2024-də oynamaq istəyir

Futbol
UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

Futbol
"Mançester Yunayted" "Beşiktaş"ın hücumçusu ilə anlaşıb

"Mançester Yunayted" "Beşiktaş"ın hücumçusu ilə anlaşıb

Futbol
Braziliyalı futzalçı: "Qalib ölkənin millisində oynamaq fəxrdir"

Braziliyalı futzalçı: "Qalib ölkənin millisində oynamaq fəxrdir"

Futbol
“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb