Frayburq təəssüratları: Alman dəqiqliyi, alman istiliyi... - REPORTAJ

Frayburq təəssüratları: Alman dəqiqliyi, alman istiliyi... - REPORTAJ

UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu üçün "Qarabağ"la birgə Almaniyanın Frayburq im Breisqau şəhərindəyik.

"Report"un əməkdaşı kimi ilk dəfə "köhlən atlar"ın oyununu işıqlandırmaq üçün ölkə xaricinə ezam olunmuşam.

Səfər öncəsi futbolçuların, məşqçilər heyətinin əhvalı yüksək idi. Baş məşqçi Qurban Qurbanov beş saatlıq uçuş ərəfəsində belə, köməkçiləri ilə rəqib haqqında danışır, müxtəlif müzakirələr aparırdı. Hətta mütəxəssis komandanın aparıcı oyunçularından sayılan Abdulla Zubiri yanına çağıraraq, ona nələrisə izah etməsi diqqətdən yayınmadı.

Burada hava limanı olmadığı üçün "Qarabağ" İsveçrənin Bazel şəhərinə, buradan isə sözügedən məkana yollandı. Təxminən yerli vaxtla saat 21:00-da rəsmi adı Frayburq im Breisqau olan və almanların qısaca Frayburq adlandırdığı şəhərə çatdıq.

Frayburqun Bakı ilə fərqləri...

Ölkənin cənub-qərbində yerləşən şəhər gözləniləndən də daha sakit təsir bağışlayırdı. Axşam saatlarında şəhərin mərkəzi hissəsi istisna olmaqla, demək olar ki, hər yer sakitliyə qərq olur. Saat 22:00-dan sonra burada hansısa ticarət mərkəzi və ya market tapmaq müşkülə çevrilir. Ancaq başqa millətlərin nümayəndələri bu vaxtlar öz məkanlarını açıq saxlayırlar. Hansısa almanın gecə saatlarında işləməsinə çətin ki, rast gəlinsin. Yəqin ki, tək Frayburqda yox, ölkənin digər şəhərlərində də vəziyyət eynidir. Onu da nəzərə almaq lazımdır ki, saat 07:00-dan işə başlayan müəssisələr var. Bu da bir daha alman dəqiqliyini göstərir.

Əhalisi təxminən 300 minə yaxın olan Frayburqda ictimai nəqliyyat kimi tramvaydan da istifadə olunur. Bir vaxtlar Bakıda da mövcud olan tramvaylar indi şəhər küçələrində gen-bol şütüməkdədir. Bəzi küçələrdə tramvay yollarının salınması üçün indinin özündə də tikinti işləri gedir. Şəhərdə velosipeddən istifadə edənlər də çoxluq təşkil edir. Bunun üçün xüsusi zolaqlar var. Bu da ekologiyanın təmizliyi baxımından önəmlidir.

Burada qədim tikililərlə yanaşı, göz oxşayan yeni binalar inşa olunub. Həmin binalar ki, şəhərin ümumi görünüşünə başqa gözəllik verir.

Frayburqda havalar Bakıya nisbətən soyuq olsa da, almanlar ünsiyyər baxımından bir o qədər də soyuq deyil. Buradakı yerli əhali onlara müraciət edən əcnəbilərə köməklik etməkdən boyun qaçırmır. Bəlkə də iki günə görə hansısa əhali ilə bağlı fikir yürütmək düzgün deyil. Ola bilsin, biz yaxşı almanlara rast gəlmişik...

3 təkərli velosiped üçün evakuator

Almaniyada yaşam tərzi haqqında danışmağa, yazmağa ehtiyac belə yoxdur. Sadəcə, şəhərdə şahidi olduğumuz maraqlı hadisəni xüsusi vurğulamaq istəyirəm. Mərkəzdə qida məhsulları daşıyan 3 təkərli velosipedin sıradan çıxdığını və təmirə ehtiyacının olduğunu gördük. Velosipedi idarə edən şəxs bir an belə tərəddüd etmədən evakuator çağırdı. Hansısa velosiped üçün evakuatorun çağırılmasını bir də çətin görək.

İkinci günün sonunda Frayburqda yağışlı havaya da şahidlik etdik. Oyun vaxtı da yağışın olacağı gözlənilir. "Yağış - bərəkətdir" deyiblər. Ümid edək ki, bu yağışın bərəkəti məhz "Qarabağ"ın xeyrinə olacaq.

Yağışdan qaçıb doluya düşməyək!

Futbol
Argentinada bir matçda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Argentinada bir matçda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Futbol
UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

Futbol
Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Futbol
“Araz-Naxçıvan”ın baş məşqçisi: "Bütün oyunlar finala bərabər olacaq"

“Araz-Naxçıvan”ın baş məşqçisi: "Bütün oyunlar finala bərabər olacaq"

Futbol
“Qalatasaray” FIFA-nın qərarından CAS-a şikayət edib

“Qalatasaray” FIFA-nın qərarından CAS-a şikayət edib

Futbol
"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

Futbol
AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib

AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib

Futbol
Şahin Diniyev Mahmud Qurbanovun qərarını ləğv edib: 3 futbolçu “Səbail”də qalacaq

Şahin Diniyev Mahmud Qurbanovun qərarını ləğv edib: 3 futbolçu “Səbail”də qalacaq

Futbol
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

Futbol
DÇ-2022: Açılış oyununda Qətər və Ekvador üz-üzə gələcək

DÇ-2022: Açılış oyununda Qətər və Ekvador üz-üzə gələcək

Futbol
“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

Futbol
Ayxan Abbasov: "Təbii meydança salsaq, büdcəmiz qalmayacaq"

Ayxan Abbasov: "Təbii meydança salsaq, büdcəmiz qalmayacaq"