Millinin keçmiş kapitanı: “Yığma dəftərini bağlamışam”

Millinin keçmiş kapitanı: “Yığma dəftərini bağlamışam”

“Düşünürəm ki, milli karyera mənim üçün başa çatıb. Yığma dəftərini bağlamışam”.

Bunu “Report”a müsahibəsində “Səbail”in futbolçusu Rahid Əmirquliyev Azərbaycan millisinə çağırılmamasına münasibət bildirərkən deyib.

Sonuncu dəfə 2018-ci ilin yanvarında Moldova (0:0) ilə yoldaşlıq görüşündə yığmanın formasını geyinən 33 yaşlı yarımmüdafiəçi artıq bütün diqqətini klub karyerasına yönəltdiyini söyləyib: “Doğrudur, çoxdandır milliyə çağırılmıram. Orada hansısa siyahıda olub-olmadığımı da bilmirəm. Bununla heç maraqlanmamışam. Klub karyeramın nə qədər davam edəcəyini bilmirəm. Amma yığma karyeramın yekunlaşdığını deyə bilərəm”.

Əmirquliyev karyerası ərzində 60 oyunda şərəfini qoruduğu Azərbaycan millisinin AVRO-2024-ün seçmə qrup mərhələsindəki şanslarını da dəyərləndirib. Sabiq kapitan F qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq Canni De Byazinin kollektivinin işinin çətin olacağını vurğulayıb: “Yığmanın son 5 oyunda ardıcıl qələbələr qazanması sevindirici haldır. Bunu həmişə arzulamışıq. Ancaq nəzərə alaq ki, bunlar Millətlər Liqasında əhəmiyyəti qalmayan oyunlar və yoldaşlıq görüşləri idi. Rəsmi matçla sınaq qarşılaşması arasında çox böyük fərq var. Buna görə də hesab edirəm ki, Avropa çempionatının seçmə mərhələsində mübarizə çətin olacaq. Çünki böyük komandalarla matçlar keçiriləcək. Qrupda yalnız Estoniya ilə başabaş oynamaq olar. Digər komandalar çox güclüdürlər. Hamımız istərdik ki, qələbə seriyasının davamı gəlsin. Qrupda güclülərdən hansınısa büdrədə bilərik. Amma ilk iki yer uğrunda yarışmaq real görünmür”.

Rahid Əmirquliyevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Futbol
Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Futbol
"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

Futbol
RFİ Asiya Futbol Konfederasiyasına keçidlə bağlı səsverməni təxirə salıb

RFİ Asiya Futbol Konfederasiyasına keçidlə bağlı səsverməni təxirə salıb

Futbol
Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Futbol
İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib

İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib

Futbol
Tomas Bax koronavirusa yoluxub

Tomas Bax koronavirusa yoluxub

Futbol
“Qarabağ” Bakıda “Olimpiakos”la oynayacaq

“Qarabağ” Bakıda “Olimpiakos”la oynayacaq

Futbol
Ucarın mərkəzi stadionunda oturacaqlar dağılıb, yardımçı bina talan edilib

Ucarın mərkəzi stadionunda oturacaqlar dağılıb, yardımçı bina talan edilib

Futbol
Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Futbol
Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Futbol
“Sokrates kuboku”nun ilk qalibi bilinib

“Sokrates kuboku”nun ilk qalibi bilinib

Futbol
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib

UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib