Azərbaycanın kişi boksçulardan ibarət millisi Dünya Kubokuna Çimkənddə hazırlaşacaq
Azərbaycanın kişi boksçulardan ibarət millisi Qazaxıstana yollanıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ravşan Xocayevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışını Çimkənddə davam etdirəcək.
13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-də başa çatacaq. Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.
Qeyd edək ki, məşqlər Çində keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.

https://qelebe.az//uploads/photo/azerbaycanin-kishi-bokschulardan-ibaret-millisi-dunya-kubokuna-chimkendde-hazirlashacaq.webp