Samir Abasov: "Barselona" mənim üçün həddindən artıq maraqlıdır

Samir Abasov: "Barselona" mənim üçün həddindən artıq maraqlıdır

Bu klub mənim üçün həddindən artıq maraqlıdır.

Bunu "QELEBE.AZ"a açıqlamasında İspaniyanın "Barselona" klubunda təcrübə keçən "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.

46 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin düşərgəsinə yollanmaqda ona yardımçı olanlara təşəkkür edib: "Burada təcrübə keçəcəyimi eşidəndə sevinmişdim. Həftəsonunadək müxtəlif görüşlərim olacaq. Azərbaycana qayıdandan sonra daha ətraflı danışa bilərəm. Xavi və ya digər baş məşqçinin olması fərq etmir, "Barselona"da oyun üslubu var. Xavi gənc mütəxəssisdir, onun işini də bəyənirəm. Komandanın Çempionlar Liqasında Fransada PSJ ilə matçda, La Liqada "Real"la görüşdə göstərdiyi futbol xoş idi. Akademiyadan gənclər komandaya cəlb edilir və əsas heyətdə meydana çıxırlar. Onların uyğunlaşma prosesi, fiziki hazırlıqları, mental olaraq necə hazırlanması mənə maraqlıdır. Artıq nələr etməli olduqlarını bilirlər. Buraya gəldiyim üçün şadam. Əziyyət çəkən insanlara minnətdaram".

Abasov "Barselona"nın "Real"a səfərdə 2:3 hesabı ilə uduzduğu matça da toxunub: "El Klasiko"dakı ab-havanı canlı izləmək arzum idi. Bu duellərdə hər iki komandanın heyətindəki oyunçulardan asılı olmayaraq, həmişə gərginlik baş verir. Ona görə bu matçı seçdim. Görüşdən çox onun ətrafında baş verənlər maraqlı idi. Qarşılaşmadan əvvəl baş verən prosesləri sözlə ifadə etmək mümkün deyil. Məncə, "El Klasiko"ya yaraşmayan hakimlik oldu. Günlərdir bu barədə danışılır. Bunların hamısı Barselona şəhərində müzakirə edilir. "Barselona"nın qələbə qazanmasını istəyirdim. Buradakı insanlar da yaxşı əhvali-ruhiyyədə olardılar".

Futbol
Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Futbol
El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

Futbol
"Qarabağ"ın rəqibi ulduz futbolçunu təqdim edib

"Qarabağ"ın rəqibi ulduz futbolçunu təqdim edib

Futbol
AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

Futbol
"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

Futbol
Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək

Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək

Futbol
Uruqvaylı hücumçu La Liqanın tarixinə düşüb

Uruqvaylı hücumçu La Liqanın tarixinə düşüb

Futbol
Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Futbol
Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər

Futbol
DÇ-2022-də tarixi uğur qazanan yığma Afrika Millətlər Kubokuna qatılmayacaq

DÇ-2022-də tarixi uğur qazanan yığma Afrika Millətlər Kubokuna qatılmayacaq

Futbol
Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Avropa Liqası: “Arsenal” və “Fənərbağça” evdə qələbə qazanıb

Futbol
Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"