"Araz-Naxçıvan"ın baş məşqçisi: Azarkeşlərimizə böyük ehtiyacımız var - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın baş məşqçisi: Azarkeşlərimizə böyük ehtiyacımız var - MÜSAHİBƏ

"Araz-Naxçıvan" klubu hazırda Azərbaycan Premyer Liqasında turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 25 oyuna 31 xal toplayan komanda cari mövsümdə sabit oyun nümayiş etdirməsə də, debütant olaraq azarkeşləri təəccübləndirməyi bacarıb. Komanda baş məşqçi Azər Bağırovun rəhbərliyi altında hətta bir müddət ilk "3-lük"də yer almışdı.

"Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov cari mövsümdə komandanın çıxışı və çempionatın gedişatı barədə "QELEBE.AZ"un suallarını cavablandırıb.

- Premyer Liqanın cari gedişatı barədə nə deyə bilərsiniz?

- Premyer Liqada cari mövsüm çox maraqlı keçir. 8-ci yerlə ikinci pillə arasında böyük xal fərqi yoxdur. Hər an turnir cədvəlində dəyişiklik ola bilər.

- Komandanızın oyunu sizi qane edir?

- Əslində futbolçuların oyunu məni qane edir. Nəticələr isə o qədər də qənaətbəxş deyil. Çıxdığımız oyunlarda ələ düşən fürsətləri dəyərləndirə bilmirik. Bu məsələ bizi çox düşündürür.

- Turnir cədvəlində 8-ci yerdə olsanız da, ikinci pillə ilə cəmi 6 xallıq fərq var. Bu mövsüm üçün hədəfləriniz nədir?- Hədəf həmişə yaxşı komanda, döyüşkən kollektiv formalaşdırmaqdır. Hər şey istədiyimiz kimi olacaq.

- Stadion amili ilə bağlı nə deyə bilərsiniz? Naxçıvan şəhər stadionunda təmir-bərpa işləri nə yerdədir? Mövsümün sonuna qədər komandanın orada çıxış etmək imkanı olacaq?

- Stadion məsələsində çox şey deyə bilməyəcəm. Çox istərdik ki, komandamız ev oyunlarını Naxçıvanda, doğma azarkeşləri qarşısında keçirsin. Çünki tərəfdarlarımıza böyük ehtiyacımız var. Naxçıvanda böyük azarkeş ordusu var. I divizionda çıxış etdiyimiz vaxt bizi dəstəkləməyə xeyli azarkeş gəlirdi.

- "Araz-Naxçıvan" bir müddət əvvəl ilk "3-lük"də idi. Hazırda isə komanda 8-ci yerdədir. Bir baş məşqçi olaraq bu enişin və qeyri-sabit çıxışın səbəbini nədə görürsünüz?

- Heyətimizin geniş olmamasında. Bu cür eniş yaşamağımızın yeganə səbəbi məhz budur.

- Cari mövsüm Premyer Liqadakı rəqabət sizi qane edir? Çempionatı maraqlı edən hansı amillər var?

- Əsas məsələ Azərbaycan çempionatında yerli məşqçilərin rəqabətidir. Bu, sevindirici amildir. Premyer Liqamızda savadlı, perspektiv vəd edən məşqçilərimiz var.

- Komandanızda Orxan Əliyev və Aksel Nqando zədə səbəbindən məşqdə iştirak etməyiblər. Qarşıdakı matçda onların iştirakı gözlənilir?

- Bu futbolçuların zədəsi o qədər də ciddi deyil. Ümid edirəm ki, "Turan Tovuz"la matçda onları meydanda görəcəyik.

Futbol
“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

Futbol
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Futbol
"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

Futbol
“Neftçi”nin baş məşqçisi: “Boqomolskiyə görə oyun sistemimizdə dəyişiklik etmişdik”

“Neftçi”nin baş məşqçisi: “Boqomolskiyə görə oyun sistemimizdə dəyişiklik etmişdik”

Futbol
İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

Futbol
AFFA rəsmisi "Trabzonspor"un oyununa gedəcək

AFFA rəsmisi "Trabzonspor"un oyununa gedəcək

Futbol
Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb

Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb

Futbol
"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

Futbol
UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

Futbol
Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Futbol
UEFA assosiasiyalara xəbərdarlıq edib

UEFA assosiasiyalara xəbərdarlıq edib

Futbol
"Qarabağ" hücum bölgəsində ən çox oynayan komandadır

"Qarabağ" hücum bölgəsində ən çox oynayan komandadır