Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

"Polşa və Yunanıstan kimi iki yaxşı komandaya qarşı oynayacağıq. Özümüzə inanırıq, şansımız böyükdür".

"QELEBE.AZ"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futzalçısı Rafael Vilela dünya çempionatının seçmə mərhələ matçları ilə bağlı federasiyanın rəsmi saytına müsahibəsində deyib.

29 yaşlı oyunçu bu görüşlərdə qələbədən başqa nəticə haqqında düşünmədiklərini bildirib: "Biz onlardan daha yaxşı komandayıq".

Vilela Qazaxıstana uduzduqları yoldaşlıq görüşləri barədə də danışıb: "Birinci matçda daha yaxşı oynadıq. Xüsusilə də fasiləyə qədər üstün tərəf idik. İkinci hissədə yorulduq. Növbəti qarşılaşmada da demək olar, eyni ssenari təkrarlandı. Bu dəfə iktilərimiz daha çox olduğuna görə, heyətimiz bir az da məhdudlaşmışdı. Yenə ilk yarıda əla mübarizə apardıq - qollar vurduq, az səhv etdik. İkinci hissədə yorğunluqdan qaynaqlanan səhvlərə yol verdik ki, təcrübəli Qazaxıstan futzalçıları bundan faydalandı".

Hücumçu yoldaşlıq qarşılaşmalarının onlar üçün əla sınaq olduğunu söyləyib: "Yanvarda Avropa çempionatının oyunlarından sonra milli səviyyəsində matç keçirməmişdik. Bu görüşlər rəsmi oyunlardan əvvəl xeyrimizə oldu. Əlbəttə, vacib olan gələn ay Polşa və Yunanıstana qarşı keçirəcəyimiz oyunlardır. Dünya çempionatının əsas mərhələsinə iki qələbə ilə başlamaq istəyirik. Ona qədər heyətimiz də tam komplektləşəcək. Bu matçlarda zədə və digər səbəblərdən iştirak etməyən futzalçılarımız komandaya qoşulacaq".

Qeyd edək ki, oktyabrın 7-də Polşa seçməsini qəbul edəcək Azərbaycan millisi 4 gün sonra Yunanıstanın qonağı olacaq.

Futbol
"Kəpəz"in zədəli müdafiəçiləri sıraya dönüb

"Kəpəz"in zədəli müdafiəçiləri sıraya dönüb

Futbol
Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb

Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq

Futbol
UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

Futbol
Avropa Liqası: "Qarabağ" fasiləyə məğlub yollanıb

Avropa Liqası: "Qarabağ" fasiləyə məğlub yollanıb

Futbol
Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Futbol
"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

Futbol
DÇ-2022: Cənubi Koreya və Portuqaliyanın ilk “11-lik”ləri açıqlanıb

DÇ-2022: Cənubi Koreya və Portuqaliyanın ilk “11-lik”ləri açıqlanıb

Futbol
"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

Futbol
2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib

2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib

Futbol
Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"

Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"

Futbol
"Kəpəz" xorvatiyalı qapıçını transfer edib

"Kəpəz" xorvatiyalı qapıçını transfer edib