Azərbaycan millisinin baş məşqçisi: "Böyük Dəbilqə"də 8 medal qazanmaq tarixi və yüksək nəticədir

Azərbaycan millisinin baş məşqçisi: "Böyük Dəbilqə"də 8 medal qazanmaq tarixi və yüksək nəticədir

"Böyük Dəbilqə"də 8 medal qazanmaq tarixi və yüksək nəticədir.

Bunu "Report"a açıqlamasında gənc cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Məmmədov Bakıda təşkil olunan yarışla bağlı danışarkən deyib.

Mütəxəssis olimpiya ilində belə turnirlərin əhəmiyyətli olduğunu bildirib: "Lisenziyalı yarışda bu cür çıxış millimizin performansından xəbər verir. Demək olar ki, cüdoçularımızın əksəriyyəti ümidləri doğrultdular. Elcan Hacıyev və Zelim Kotsoyevdən də mükafat gözləyirdik. Zelim dünyada aparıcı idmançılarımızdandır. Sadəcə, bu cüdodur, idmanda isə hər şey mümkündür. Əminəm ki, o daha güclü qayıdacaq.

Dünya və Avropa çempionu olmuş keçmiş idmançı Ömər Rəcəbli (81 kq), Vüqar Talıbov (90 kq) və Camal Qamzatxanovun (+100 kq) qazandığı nəticələrin məşqçilər korpusunu sevindirdiyini vurğulayıb: "Onlar yaxşı mənada bizi təəccübləndirdilər. İnanıram ki, komandamız Paris-2024 Yay Olimpiya Oyunlarında medallar uğrunda mübarizə aparacaq".

Qeyd edək ki, Bakıdakı "Böyük Dəbilqə"də Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) qızıl, Ömər Rəcəbli (81 kq) ilə Camal Qamzatxanov (+100 kq) gümüş, Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq) və Vüqar Talıbov (90 kq) bürünc medal əldə ediblər.

Fərdi
Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərdi
Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Fərdi
Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Fərdi
Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Fərdi
Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Fərdi
Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Fərdi
Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib

Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib

Fərdi
Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Fərdi
Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Fərdi
Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Fərdi
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Fərdi
Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb