Azərbaycan atletinin dünya çempionatında iştirak edib-etməyəcəyi MRT-nin nəticəsindən asılıdır

Azərbaycan atletinin dünya çempionatında iştirak edib-etməyəcəyi MRT-nin nəticəsindən asılıdır

Maqnit Rezonans Tomoqrafiyasının (MRT) nəticəsindən asılı olaraq dünya çempionatında iştirak edib-etməyəcəyim bilinəcək.

Bunu "Report"a açıqlamasında Serbiyada keçirilən “Belqrad qış turniri”ndə zədələnən Azərbaycan atleti Nazim Babayev deyib.

Uzunluğa tullanma növündə mübarizə aparan 26 yaşlı idmançı bu gün MRT müayinəsindən keçəcəyini bildirib: "Səhər saatlarında Bakıya çatmışam. Həkim baxışından keçməsəm də, əvvəl də zədələrlə üzləşmişəm. Deyə bilərəm ki, bu, aşağı səviyyəli zədə olmalıdır. İnanıram ki, elə də olacaq. Amma hər şey sabah daha dəqiq bilinəcək".

Babayevin sözlərinə görə, Belqrada yollanmamışdan əvvəl heç bir problemi yox idi: "Son məşqlərdə pik formada olduğumu hiss edirdim. Yarışdan 4 gün əvvəlki məşqlərdə nəticələr yüksək idi. Turnirə də yüksək əhval-ruhiyyə ilə yollanmışdıq. Orada məşq edəndə də problem yox idi və özümü yaxşı hiss edirdim. Yarış günü arenada isinmə hərəkətləri etdim, qaçış məsafəsini ölçdüm, birinci tullanmada heç bir problem olmadı. İkinci cəhddə ayaq budumun arxasında ağrılar hiss etdim. Bundan sonra ağrı kəsdi. Daha əvvəl də belə ağrılar hiss etmişdim. Yenidən isinmə hərəkətlərinə başlayanda şiddəti artdı. Bütün mövsüm boyu heç bir narazılığım yox idi. 4-5 ay idi ki, zədədən əziyyət çəkmirdim. Olimpiya ili olduğu üçün risk etməməyi qərara aldıq. Turnirə davam etsəydim, əzələm yırtıla da bilərdi. Olimpiya mövsümüdür və mənə də lisenziya qazanmaq lazımdır".

Qeyd edək ki, qış dünya çempionatı martın 1-3-də Şotlandiyanın Qlazqo şəhərində təşkil olunacaq.

Fərdi
Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Fərdi
Vüqar Əhmədov Avropa Kanoe Assosiasiyasının prezidenti ilə görüşüb

Vüqar Əhmədov Avropa Kanoe Assosiasiyasının prezidenti ilə görüşüb

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Fərdi
Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Fərdi
Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Fərdi
Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Fərdi
"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

Fərdi
"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Fərdi
Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Fərdi
Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Türkiyəli məşhur idman jurnalisti vəfat edib