Tələbələrdən ibarət futzal komandası Azərbaycan çempionatına qatılacaq

Tələbələrdən ibarət futzal komandası Azərbaycan çempionatına qatılacaq

Tələbələrdən ibarət futzal komandası Azərbaycan çempionatına qatılacaq.

Bu barədə “QELEBE.AZ”a Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) İctimai Birliyinin baş katibi Lətif Novruzov məlumat verib.

Onun sözlərinə görə, federasiyanın İcraiyyə Komitəsinin 2023 mövsümünün yekunlarına dair iclasında bu məsələ müzakirə mövzusu olub. Baş katib Azərbaycan Tələbə Liqasında iştirak edən futzalçılardan ibarət kollektiv formalaşdırılacağını və həmin komandanın I Liqa və ya Yüksək Liqada mübarizə aparacağını vurğulayıb: “İki il əvvəl bu təcrübədən yararlandıq. Açığı, tələbələr hazır olmadıqları üçün nəticə əldə edə bilmədik. Tələbə Liqası bizim yenidən Azərbaycan çempionatına komanda buraxmağımıza kömək olacaq. Növbəti, yoxsa ondan sonrakı mövsüm bu addıma əl atacağımızı hələ müəyyənləşdirməmişik. Ancaq bunu mütləq həyata keçirmək fikrindəyik”.

Lətif Novruzov ilk dəfə təşkil olunan Azərbaycan Tələbə Liqası barədə də məlumat verib: “İlk dəfə yaratdığımız futzal liqasında 12 komanda çıxış edir. Tələbələr hazırda qış imtahan sessiyasında və tətildədirlər. İkinci dövrə fevralın 24-də başlayacaq və çempionata mayda yekun vurulacaq. İlk dövrədən sonra birinci və ikinci “altılıq” müəyyənləşib. Birinci “altılıq”da ilk 4 yeri tutacaq komandalar arasında pley-off oyunları olacaq və çempion bilinəcək”.

O, bir neçə tələbənin tezliklə futzal üzrə Azərbaycan çempionatında iştirakını istisna etməyib: “Futzal komandalarının məşqçiləri tələbələrin oyunlarını müntəzəm izləyirlər. Birinci dövrədən sonra artıq 3-4 tələbəni gözaltı ediblər. Bu da Azərbaycan futzalının inkişafına böyük təkan olacaq”.

ATFF rəsmisi Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunan turnir keçiriləcəyini də sözlərinə əlavə edib: “Ümumilikdə 40 ali və orta ixtisas təhsil ocağı federasiyanın üzvlüyünə qəbul olunub. Tələbə Liqasından kənarda qalan universitet və kolleclər arasında turnir keçiriləcək. Builki yarış Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub. Tələbə liqasından kənarda qalan universitetlərin komandaları bu turnirə cəlb olunacaqlar”.

Futbol
Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Futbol
Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Futbol
Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"

Emin Mahmudov: "Qarabağ"a qarşı matçlar həmişə maraqlı olur"

Futbol
Mahir Emrelinin səhhətində problem yaranıb

Mahir Emrelinin səhhətində problem yaranıb

Futbol
Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Futbol
"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

"Qarabağ" dörd futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
Xorvatiya millisinin futbolçusu "Qarabağ"la oyunda iştirak edə biləcək

Xorvatiya millisinin futbolçusu "Qarabağ"la oyunda iştirak edə biləcək

Futbol
Kadi: “Qürur duyuram”

Kadi: “Qürur duyuram”

Futbol
"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

Futbol
KİV: "Liverpul" satışa çıxarılıb"

KİV: "Liverpul" satışa çıxarılıb"

Futbol
Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb