Millimizin hücumçusu: “Səhvlərimiz üzərində çalışdıq və qələbə qazandıq”
Azərbaycan millisinin hücumçusu Yelizaveta Ruban AVRO-2026-nın C qrupunda İspaniyaya qarşı qazandıqları 3:0 hesablı qələbəni şərh edib.
Apasport.az xəbər verir ki, voleybolçu oyuna ciddi hazırlaşdıqlarını bildirib:
“Hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. Bu oyuna ciddi hazırlaşmışdıq. İspaniya ilə Avropa Liqasında da qarşılaşmışdıq və məğlub olmuşduq. Lakin biz səhvlərimiz və çatışmazlıqlarımız üzərində çalışdıq və bu gün qələbə qazandıq. Komandamı təbrik edirəm və növbəti oyunlarda uğurlar arzulayıram”.

https://qelebe.az//uploads/photo/millimizin-hucumchusu-sehvlerimiz-uzerinde-chalishdiq-ve-qelebe-qazandiq.webp