Qubada üçüncü “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək

Qubada üçüncü “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək

Bu gün Qubada üçüncü “Ulduz Cup” beynəlxalq futbol turniri start götürəcək.

QELEBE.AZ xəbər verir ki, avqustun 27-dək davam edəcək turnirdə Azərbaycanla yanaşı, Özbəkistan, Polşa və Türkmənistanın komandaları da mübarizə aparacaq.

Turnirin açılış mərasimi saat 15:00-da keçiriləcək. İlk oyunlar isə aşağıdakı cədvəl üzrə baş tutacaq:

16:00. “Ulduz” FA (Azərbaycan) - “Bunyodkor” (Özbəkistan)

17:30. “Zirə” - “Drukarz” (Polşa)

17:30. “Qarabağ” - “Altın Taç” (Türkmənistan)

Qeyd edək ki, turnirin qarşılaşmaları Gənclər və İdman Nazirliyinin rəsmi “YouTube” kanalında canlı yayımlanacaq.