Hacı Əliyevin “Zaqreb Open”ə aparılmamasının səbəbi müəyyənləşib

Hacı Əliyevin “Zaqreb Open”ə aparılmamasının səbəbi müəyyənləşib

Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyevin Xorvatiyada keçiriləcək “Zaqreb Open” turnirinə aparılmamasının səbəbi müəyyənləşib.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinin rəhbəri Sərxan Musayev “Report”a açıqlamasında 32 yaşlı üçqat dünya və dördqat Avropa çempionunun çəki salmamaq üçün bu addımı atdığını bildirib.

O, “Zaqreb Open”də iştirak edən güləşçilərin az çəki salanlar olduğunu bildirib: “Onlarda ciddi problem olmur. Burada idmançılar çəki salaraq güləşirlər. Hər güləşçi öz çəkisindən maksimum 2 kq artıq ola bilər. Hacı Əliyev isə 4-5 kq, hətta bəzən daha çox çəki salır. Hərbçilər arasında dünya çempionatında da 70 kq çəkidə güləşmişdi. Hacının yaşını da nəzərə alsaq, o, il ərzində ən yaxşı halda iki dəfə çəki sala bilər. Bu da böyük interval olmaq şərtilə”.

AGF rəsmisi Hacı Əliyevin əsas diqqəti Avropa Olimpiya Təsnifat turnirinə yönəltdiyini söyləyib: “Komanda hazırda təlim-məşq toplanışının fiziki hazırlıq mərhələsindədir. Bu dönəmdə güləşçilər çəki salmırlar. Hacı Əliyevin əsas məqsədi isə Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaqdır. İndi çəki salsa, həmin yarış ərəfəsində yenidən çəkisini azaltmalı olacaq. İl ərzində bir neçə dəfə çəki salan idmançı isə formada olmur. Çünki fiziki hazırlıq zamanı idmançı yaxşı qidalanmalıdır”.

Qeyd edək ki, yanvarın 10-14-ü aralığında keçiriləcək “Zaqreb Open” turniri reytinq xarakterlidir. Sərbəst güləş millimiz yarışda 9 nəfərlə mübarizə aparacaq.

Fərdi
Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Fərdi
Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Fərdi
Azərbaycanlı güləş ustası Fransanı dünya çempionatında təmsil edib

Azərbaycanlı güləş ustası Fransanı dünya çempionatında təmsil edib

Fərdi
Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Fərdi
Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Fərdi
Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Fərdi
Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Fərdi
Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq

Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq

Fərdi
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi olub