“Neftçi” İK-nın məşqçisi: “Hazırda bir futzalçı ilə danışıq aparırıq”

“Neftçi” İK-nın məşqçisi: “Hazırda bir futzalçı ilə danışıq aparırıq”

“Hazırda bir futzalçı ilə danışıq aparırıq”.

“Report” xəbər verir ki, bunu futzal üzrə Yüksək Liqada çıxış edən “Neftçi” İK-nın məşqçisi İlkin Hacıyev Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis fasilə dönəmində heyəti gücləndirəcəklərini deyib: “Heyətimizi qorumuşuq, gücləndirməyə çalışacağıq. Danışıq apardığımız oyunçu legionerdir, alınsa, onunla anlaşacağıq”.

İlkin Hacıyev hazırda istirahətdə olan komandanın 2024-cü il yanvarın 4-5-də məşqləri bərpa edəcəyini söyləyib: “Planımız hazırdır, "Olimpik Star"da hazırlaşacağıq. Təbii ki, əvvəlcə fiziki, daha sonra taktiki planda məşqlər keçəcəyik. Yoldaşlıq oyunları ilə bağlı konkret söz deyə bilməyəcəm. Ancaq digər komandalar da yığışdıqdan sonra danışacağıq, oyunlar keçirməyə çalışacağıq. Əlbəttə, məqsədimiz ilk yarıdakı kimi inamlı və uğurlu çıxışın davamını gətirməkdir”.

Qeyd edək ki, Azərbaycan çempionatının I dövrəsində keçirdiyi 10 oyunda 23 xal toplayan “Neftçi” İK turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider “Araz-Naxçıvan”dan 2 xal geri qalır.

Futbol
Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Futbol
Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Futbol
Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"

Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"

Futbol
İranda tanınmış futbolçular tutulub

İranda tanınmış futbolçular tutulub

Futbol
De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”

De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”

Futbol
"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

"Qarabağ" - "Nant" oyununun VAR hakimləri bəlli oub

Futbol
Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Futbol
AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

Futbol
"Nant"ın qapıçısı: "Qarabağ"la oyunda harada səhv etdiyimizi bilirik"

"Nant"ın qapıçısı: "Qarabağ"la oyunda harada səhv etdiyimizi bilirik"

Futbol
AVRO-2024: UEFA püşkatmanın detallarını açıqlayıb

AVRO-2024: UEFA püşkatmanın detallarını açıqlayıb

Futbol
"Neftçi" "İnter", "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

"Neftçi" "İnter", "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

Futbol
La Liqa: “Atletik” “Xetafe” ilə heç-heçə edib

La Liqa: “Atletik” “Xetafe” ilə heç-heçə edib