Rusiya çempionatının bombardiri: "Nə vaxtsa Azərbaycanda oynamaqla bağlı təklif alsaydım, bunu düşünmək olardı"

Rusiya çempionatının bombardiri: "Nə vaxtsa Azərbaycanda oynamaqla bağlı təklif alsaydım, bunu düşünmək olardı"

Rusiya futzal Superliqası təmsilçisi RFKP klubunda çıxış edən Azərbaycan əsilli futzalçı Yanar Əsədovun “QELEBE.AZ”a müsahibəsi

- Superliqanın “Torpedo” ilə oyununda vurduğunuz beş qol geniş rezonans yaratdı. (Komanda 8:2 hesablı qələbə qazanmışdı – red.) Hətta Azərbaycan mətbuatında da sözügedən oyundan videolar yayımlandı. Artıq 6 qol vurmusunuz və bombardirlərdən birisiniz. Bununla bağlı fikirləriniz maraqlıdır...
- Mənim üçün həqiqətən də çox yaxşı oyun oldu. Peşəkar karyeramda ilk dəfə bir matçda 5 qol vurdum. Amma ən əsası vacib matçda qalib gəldik.

- Rusiya millisinin və klublarının beynəlxalq yarışlardan kənarlaşdırılması sizin motivasiyanıza necə təsir edir?
- Çox təəssüf ki, Rusiya ilə bağlı belə bir vəziyyət yaranıb, çünki bizim klublar və yığma komandamız həmişə beynəlxalq arenada yüksək yerlər üçün oynayır. Amma nə etmək olar?! Rusiya çempionatı və kuboku var. Bunlar da həmçinin çox nüfuzlu turnirlərdir. Mənim üçün əsas motivasiya məhz budur. Ümid edirəm ki, tezliklə Rusiya beynəlxalq turnirlərə qaytarılacaq.

- Azərbaycanda idman çevrələrində kifayət qədər tanınırsınız və əslən azərbaycanlı olduğunuz bilinir. Heç olmusunuzmu ölkəmizdə?
- Azərbaycanda sonuncu dəfə lap kiçik yaşlarımda olmuşam. Qohum-əqrəba tez-tez zəng vurub dəvət edir, lakin indiyə qədər imkan edib gələ bilməmişəm. Amma istənilən halda, Bakıya səfər etmək istəyirəm.

- Rusiyada doğulmuş azərbaycanlı ailənin övladı necə gəldi futzala? Niyə məhz futzal, məsələn, futbol yox?
- Mən Petropavlovsk-Kamçatski şəhərində yaşayırdım. Uzaq Şərqdə futbol o qədər də inkişaf etməyib. Hətta demək olar ki, praktiki mövcud deyil. Amma futzal bölməsi var idi və ona görə də xüsusi seçim etmək şansım yox idi. Moskvaya köçmək fürsəti yarananda isə dərhal bundan istifadə etdim. Beləcə, peşəkar futzala gəldim.

- Azərbaycan futzal millisi və “Araz” klubu Avropada güclülərdən hesab olunur. İzləyirsinizmi bizim komandalarımızı? Sizə nə vaxtsa ya milli komanda, ya da klublarımızın hansındasa çıxış etmək təklif olunubmu?
- Azərbaycan futzal millisini və “Araz” klubunu yaxşı tanıyıram. Bilirəm ki, Avropada ən güclülərdəndirlər. Amma xüsusi olaraq izlədiyimi deyə bilmərəm. Nə vaxtsa Azərbaycanda oynamaqla bağlı təklif almamışam.

- Bəs sizin nə vaxtsa belə bir arzunuz olubmu?
- Açıq deyim, özüm də bu barədə heç düşünməmişəm. Amma daha əvvəl belə bir təklif alsaydım, bununla bağlı fikirləşmək olardı.

- Milli komandamızın əsasını braziliyalı futzalçular təşkil edir. Nəinki bizdə, Avropanın əksər yığmalarında braziliyalıları görmək olar. Bununla bağlı fikirləriniz maraqlıdır...
- Bizim idman növü elədir ki, dünyanın bütün komandalarında çıxış edən çoxlu braziliyalı var. Təbii ki, onlara vətəndaşlıq verilməsi üçün müəyyən meyarlar mövcuddur. Amma mən düşünürəm ki, hər bir milli komandaya milliləşdirilmiş futbolçular olmadan da yaxşı oyunçular toplamaq olar.

- Böyük futbolu da yəqin ki izləyirsiniz. Rusiya və rus klublarını nəzərə almasaq, kimə azarkeşlik edirsiniz?

- Televiziya vasitəsilə çalışıram ki, Avropanın top komandalarının oyunlarını izləyim. Mən hansısa komandaya azarkeşlik etmək yerinə, keyfiyyətli futbolun tərəfdarıyam.

Futbol
İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

Futbol
Almaniyalı futbolçu: "Azərbaycana getdiyim üçün çox sevinirəm"

Almaniyalı futbolçu: "Azərbaycana getdiyim üçün çox sevinirəm"

Futbol
Slovakiyalı futbolçu: "Azərbaycan millisi xoşagəlməz rəqibdir"

Slovakiyalı futbolçu: "Azərbaycan millisi xoşagəlməz rəqibdir"

Futbol
Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Futbol
DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

Futbol
"Mançester Siti" Erlinq Holanna yeni müqavilə təklif edəcək

"Mançester Siti" Erlinq Holanna yeni müqavilə təklif edəcək

Futbol
Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Futbol
Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Futbol
FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

Futbol
"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

Futbol
Almaniya yığması İspaniyadan kömək istəyib

Almaniya yığması İspaniyadan kömək istəyib

Futbol
İspaniya məhkəməsi Neymara bəraət verib

İspaniya məhkəməsi Neymara bəraət verib