Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş Ənənəvi Futbol Turniri başlayır

Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş Ənənəvi Futbol Turniri başlayır

Oktyabrın 9-da şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr olunmuş həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirinə start veriləcək.

“QELEBE.AZ” xəbər verir ki,bununla əlaqədar təşkil olunan tədbirdə yarış barədə məlumat verilib, qaydalar elan olunub və püşkatma keçirilib.

Ardanış Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən turnirin məqsədi Birinci və 2-ci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Bildirilib ki, ildə bir dəfə təşkil olunacaq yarışda iştirak edən həvəskar komandaların tarixi Azərbaycan torpaqları olan Göyçə və Borçalı mahallarını təmsil etməsi xüsusi məna daşıyır və növbəti ildə bu turnirə Zəngəzur, Vedibasar, Dərələyəz mahallarını və digər qədim yurdlarımızı təmsil edən heyətlərin qoşulması nəzərdə tutulur.

Ənənəvi Futbol Turnirində 6 komanda - “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” mübarizə aparacaq.

Turnir hər birində 3 komanda olmaqla 2 qrupdan ibarətdir və 8 Noyabr - Zəfər Günü başa çatacaq. Dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksələcəklər. Yarımfinalda qalib gələnlər isə final matçında iştirak edəcəklər. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı futbolçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı" və “ən gənc oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik olmayacaq.

İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov "Ardanış", Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edəcək.

Təşkilat Komitəsinin üzvləri və komandaların nümayəndələrinin iştirakı ilə keçirilən püşkatmada qruplar bəlli olub:

A Qrupu - “Ardanış”, “Sadaxlı”, “Göyçə”

B Qrupu – “Media”, “Novoivanovka”, “Ada Təpə”

İlk oyun “Sadaxlı” ilə “Ardanış” arasında oktyabrın 9-da saat 10:30-da “Vətən” İdman Klubunun stadionunda rəsmi açılış mərasimindən sonra baş tutacaq. Oyunların 1-3-5-bazar günləri saat 09:30, 10:30-da və 20:00-da keçirilməsi nəzərdə tutulur. Komandalar özlərinin idman geyimləri ilə meydana çıxacaqlar. Qarşılaşmaları AFFA-nın hakimləri idarə edəcəklər.

“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini “QELEBE.AZ” İnformasiya Agentliyi və Rakus.az saytı verəcək.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Futbol
Uruqvaylı hücumçu La Liqanın tarixinə düşüb

Uruqvaylı hücumçu La Liqanın tarixinə düşüb

Futbol
“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

Futbol
Azərbaycan derbisi: Biletlərin qiyməti açıqlanıb

Azərbaycan derbisi: Biletlərin qiyməti açıqlanıb

Futbol
“Qəbələ”nin braziliyalı futbolçusu: “Qarabağ”la oyunlar həlledici oldu”

“Qəbələ”nin braziliyalı futbolçusu: “Qarabağ”la oyunlar həlledici oldu”

Futbol
Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Futbol
Markus Reşford 13 illik rekordu təkrarlayıb

Markus Reşford 13 illik rekordu təkrarlayıb

Futbol
Fariz Nəcəfov: “Avropa ölkələri irəliyə getdikcə biz yerimizdə saymağa məcburuq”

Fariz Nəcəfov: “Avropa ölkələri irəliyə getdikcə biz yerimizdə saymağa məcburuq”

Futbol
Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Futbol
ANOC-un prezidenti bəlli olub

ANOC-un prezidenti bəlli olub

Futbol
Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, "Qarabağ" "Sabah"a qarşı

Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, "Qarabağ" "Sabah"a qarşı

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Futbol
Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb