Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

"Layihə dövlət tərəfindən hazırlansa da, bizim fikirlərimiz də nəzərə alınıb".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Ağdamda "İmarət" stadionunun tikilib istifadəyə veriləcəyi tarixlə bağlı danışarkən deyib.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda arenanın inşasına 2023-cü ildə başlanacağı və tikinti işlərinin 2026-cı ildə başa çatacağı bildirilib.

Çəlikəlin sözlərinə görə, tarixlə bağlı onlara hər hansı rəsmi məlumat verilməyib: "Amma bilirik ki, Ağdamda arena tikiləcək. Çox böyük və müasir stadion olacağından xəbərimiz var".

Klub rəsmisi bildirib ki, layihələndirmə ilə bağlı onların da fikirləri soruşulub: "Texniki məsələlər - soyunub-geyinmə otaqları, digər otaqlar, UEFA-nın tələbləri - barədə işçi qrupumuzdan məsləhətlər alınıb. Yəni biz məsələnin içində idik. Bütün lazımi məlumatları vermişik".

Direktor "köhlən atlar"ın Ağdamda məskunlaşması barədə danışmağın tez olduğunu söyləyib: "Əsas odur ki, torpaqlarımız azad edildi, Ağdamımız qayıtdı və "İmarət" stadionumuz yenidən tikiləcək. İndi sevinəcəyimiz əsas məqam budur".

Futbol
Monteneqrolu yarımmüdafiəçi: "Azərbaycan çempionatında çatışmayan cəhət azarkeşin az gəlməsidir"

Monteneqrolu yarımmüdafiəçi: "Azərbaycan çempionatında çatışmayan cəhət azarkeşin az gəlməsidir"

Futbol
“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

Futbol
"Lion" klubunun yeni sahibi bəlli olub

"Lion" klubunun yeni sahibi bəlli olub

Futbol
“Sabah”ın qış hazırlıq planı açıqlanıb

“Sabah”ın qış hazırlıq planı açıqlanıb

Futbol
"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb

"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb

Futbol
“Qarabağ”ın Avroliqadakı rəqibi Bundesliqada darmadağın olub

“Qarabağ”ın Avroliqadakı rəqibi Bundesliqada darmadağın olub

Futbol
“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

Futbol
"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

Futbol
Ramil Şeydayev: "Olimpiakos"un futbolçuları vaxtı uzadırdılar"

Ramil Şeydayev: "Olimpiakos"un futbolçuları vaxtı uzadırdılar"

Futbol
“Turan Tovuz” ilk yoxlama görüşündə Rumıniya klubuna uduzub

“Turan Tovuz” ilk yoxlama görüşündə Rumıniya klubuna uduzub

Futbol
"Olimpiakos"un direktoru: "O, Azərbaycanda qəhrəman hesab edilir"

"Olimpiakos"un direktoru: "O, Azərbaycanda qəhrəman hesab edilir"