Cəlilabadda ilk dəfə qızlardan ibarət futbol komandası yaradılır
Cəlilabad rayonunda qızlardan ibarət futbol komandaları yaradılır.
“QELEBE.AZ”un Muğan bürosunun məlumatına görə, qızlardan qurulan kollektivlər ilk dəfə fəaliyyət göstərəcəklər.
Cəlilabad Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin futbol məşqçiləri tərəfindən yaradılan komandalarda 8-13 yaş arası uşaqlar iştirak edəcəklər. Məşqlər UGİŞM-in idman bazasında keçiriləcək.
Komandaların AFFA tərəfindən təşkil olunan qız futbol liqalarında iştirakları gözlənilir.

https://qelebe.az//uploads/photo/celilabadda-ilk-defe-qizlardan-ibaret-futbol-komandasi-yaradilir.webp











