Niderland millisinin üzvü “Əl-Hilal”da
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, klub Niderland millisinin cinah hücumçusu Kriçensio Sammervillin transferini rəsmən açıqlayıb.
24 yaşlı futbolçu İngiltərənin “Vest Hem” klubundan transfer olunub. Tərəflər 4 illik müqavilə imzalayıblar.
“Əl-Hilal” bu keçid üçün 55 milyon avro sabit məbləğ ödəyəcək. Bonuslarla birlikdə transferin dəyəri 65 milyon avroya çata bilər.
Qeyd edək ki, Sammervill ötən mövsüm bütün turnirlərdə 34 oyunda meydana çıxaraq 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

https://qelebe.az//uploads/photo/niderland-millisinin-uzvu-el-hilalda.webp