AL: "Qarabağ"ın oyununu izləmək istəyənlərin diqqətinə

AL: "Qarabağ"ın oyununu izləmək istəyənlərin diqqətinə

UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək ÇSKA (Sofiya) – “Qarabağ” oyunu üçün azarkeş vauçerləri satışa çıxarılacaq.

QELEBE.AZ xəbər verir ki, “Qarabağ” azarkeşləri üçün nəzərdə tutulan vauçerlərin onlayn satışı bu gün saat 17:00-da iTicket vasitəsilə başlayacaq.

Vauçerin qiyməti 28 manatdır. Azərbaycan çempionunun azarkeşləri üçün Sofiyadakı “Vasil Levski” Milli Stadionunda 800 yer ayrılıb.

Vauçer alan azarkeşlərdən alış zamanı elektron poçt ünvanlarını düzgün qeyd etmələri xahiş olunur. Biletlər oyun gününə qədər həmin e-mail ünvanına göndəriləcək.

Qeyd edək ki, ÇSKA (Sofiya) – “Qarabağ” görüşü iyulun 30-da Sofiyada keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.